четверг, 12 марта 2015 г.

Düzgün özünüdərkin dünyanı tanımada rolu.

Düzgün özünüdərkin dünyanı tanımada rolu.
İlk öncə bilməyimiz lazımdır ki, dünya insanın həytı, məqsədləri ,istəkləri baxımından onun üçün çox önəmil bir yerdir.Dünya dediyimiz zaman, bizim də içərisində var oldugumuz , məkan və zaman içərisində  mövcud  olan gördüyümüz və yaşadıgımız  aləm nəzərdə tutulur. Yəni dünya , məkan və zaman içərisində bizim həyatımız qərar tutdugu materiya aləmidir.Dünya həyatı deyildikdə də ,zehnimizdə həmin meteriya içərisində bəlli bir nöqtəyə qədər sürdürdüyümüz yaşayış təsəvvür olunur.Biz bir varlıq olaraq özümüzü həmin məkan və zamanın içərisində bir cisim olaraq görür və dərk edirik. Həyatımız bu dünya reallıgında bizə verildiyi üçün , bu dünyanın da bizim həyatımız üçün çox önəmli olması lazım gəlir. Varlıgımızın ilk anlarını da bu dünyada dərk etdiyimizə görə , burada əbədi qalmagımız, əqli dəlillərlə  qeyri-mümkün olsa da, varlıq aləminə qədəm basmagımız səbəbindən həyatımızın əbəs olmasını iddia etmək çox məntiqsiz və agılsız bir görüş olardı. Deməli biz öz varlıgımızı dünyada  əldə etdiyimizə və var olmagımız haqqında burada bilgiyə yetişdiyimizə görə ,biz dünya həyatının əhəmiyyətli olmasını anlamalı , onun müxtəlif yönlərini , insan üçün faydalı olan tərəflərini zərərli cəhətlərindən ayır etməyimiz lazımdır. Həyatın bizə, bizim istəyimiz olmadan verildiyinə və onun ilkin mərhələsinin də  bu dünyada baş verdiyini əminliklə anladıgımıza görə , mütləq bu dunyanın vucudumuz üçün xeyirli və zərərli tərəflərinin öyrənməyimiz üzərimizə düşən vacib bir məsələdir.Həyatda xeyirə yetişmək və şərrdən amanda qalmaq üçün də özümüzü layiqincə tanımalı , nə üçün var edilib, bu dünyaya hansı məqsəd üçün gətirildiyimizi  bilməyimiz çox böyük önəm daşıyır.Təbii olaraq insan üçün dünyayə gəldikdən sonra , ilk önəmli olan məsələ həyatda sag qalıb ondan zövq almaqdır. Bu , bəşər üçün ən ümdə məsələ olub, onu həyatda bir sıra işləri icra etməyə məcbur edir.O, dünya həyatında varlıgını sürdürə bilməsi üçün , müxtəlif müqəddimə işləri görür, həyatı üçün təhlükəli olan amillərdən də cox böyük ciddiyyətlə çəkinməyə başlayır. Deməli, həyatda vucudunu qoruyub sag qalmaq insanın ilkin və davam edən arzusu, onun əksi olan yoxluq isə nifrət etdiyi və qorxdugu  ən əsas şeydir. İnsan bunu yaradılışı etibari ilə fitri olaraq dərk edir  və onun gerçəkliyinə zərrə qədər də olsa şübhə ilə yanaşmır.Dünya həyatında elə bir insan tapılmaz ki,varlıgı özü üçün ən böyük xeyir, yoxlugu isə ən qorxunc bir zərər sanmasın. Hətta insanları bu dünya həyatında bir-birinə birləşdirən, onları bir ailə halına salan, dogub törəməyə rəgbətləndirən və yaxud da digər insanların haqqına təcavuzə yönəldən, onlara zülmü rəva gördürən və onların hayatını məhv etməyə cürətləndirən səbəb də elə bu fitri duygudan yaranır.Varlıgını anlamaq və onun daimi olmasına səy etmək , onun yox olmasından qorxmaq dərki, insanın bu dünyanı dəyərləndirməsi üçün çox vacib faktor olmasına baxmayaraq , onu düzgün anlayıb , faydalı nəticələrini əldə etməsi baxımından kifayət deyildir.İnsanların əksəriyyətinin də bu dünya həyatından faydasız bir nəticə ilə ayrılmasının da kökündə,belə  düzgün olmayan dərkiyyat dayanır.Dünya həyatında faydalı və xeyirli nəticələr əldə etmək , onun mahiyyətinin düzgün dərk olunması və bu həyatın dogru yaşanmasına baglı oldugu kimi,onun da mahiyyətinin düzgün başa düşülməsi , insanın öz varlıgını dərk etməkdə səhvə yol verməməsinə baglıdır.İnsanların öz varlıqları haqqındakı dərkiyyatı, həyatlarının mahiyyətini anlama dərəcələri müxtəlif oldugu üçün ,dünya həyatında onların yaşayış tərzləri də öz müxtəlifliyi ilə seçilir.Bəzən dünya həyatında insanların əksəriyyətinin ,dünyanın zahiri gözəlliklərinə çox düşkün olduqlarını , aşırı dərəcədə həyatın ləzzətlərindən yararlanmaga baglı olduqlarını görürük.Belə insanlar, həddən artıq rahat  həyat , maddi nemətlərlə zəngin olan , murəffəh bir yaşayışa sahib olmaga çalışırlar. Hətta insanların bəzisi, bu yolda müvəqqəti olduqlarını unudaraq,həyatlarının bitməyəcəyini zənn edir,dünyanın maddi nemətləri , zövq və ləzzətləri içərisində əbədi həyat təminatına səy edirlər.Əslində bu cür insanları , dünya həyatının zahiri gözəlliklərinə  olan bu qədər düşkünlüklərinə görə deyil, bəlkə onları özləri haqqında düzgün özünüdərkə sahib olmamalarına görə qınayıb tənqid etmək lazımdır.Belə insanlara,dünyanın və onun zövqlərinin aldadıcı və yalançı olmasını anlatmaqdan öncə , onların öz varlıqlarını , həyatlarını və şəxsiyyətlərini düzgün dərk etmələrini tələb etməli, özləri haqqında dərin bir araşdırma aparmaga sövq etdirməli və rəgbətləndirməliyik.Əyər insanlar əvvəlcə bunun üzərində dogru bir düşüncə əldə edərlərsə,ikinci mərhlədə olan dərkiyyatları da düzgün bir istiqamətdə gedəcək və dünya həyatının həqiqi çöhrəsini görə biləcəklər.. ( ardı var).

Комментариев нет: