вторник, 3 января 2012 г.

IMAN QARDAŞLIGININ MƏNƏVİ TELLƏRİ

YER ÜZERİNDE TOPLUM HALDA YAŞAYAN VARLIQLAR ÇOXDUR. BUNLARA ÖZ İŞLƏRİ İLƏ İNSANI VALEH EDƏN BƏZİ HƏŞARATLARI MİSAL ÇƏKMƏK OLAR.HƏŞARATLAR İÇƏRİSİNDƏ TOPLUM OLARAQ YAŞAMALARINA GÖRƏ QARIŞQALARIN VƏ BAL ARILARININ CƏMİYYƏTİ DAHA HEYRƏTAMİZ  VƏ MARAQLIDIR.ONLARIN TOPLUM HALINDA BİR-BİRLƏRİNƏ  YARDIMLAŞMA YOLU İLƏ HƏYATDA QALMA ÜÇÜN SƏY ETMƏLƏRİ,HƏR FƏRDİN ÖZ VƏZİFƏSİNİ NÖQSAN BURAXMADAN LAYİQİNCƏ YERİNƏ YETİRMƏSİ, İNSANDA BU TOPLUMLARIN FƏRDLƏRİ ARASINDA  FÖVQƏLADƏ BİR RABİTƏ VƏ BAGLILIGIN  OLDUGU DÜŞÜNCƏSİNİ FORMALAŞDIRIR. KAİNATDA OLAN BÜTÜN VARLIQLAR ARASINDA BELƏ BİR YARDIMLAŞMA VƏ RABİTƏ MÖVCUDDUR.BÜTÜN VARLIQLAR ÖZ YARADILIŞ MƏRHƏLƏSİNDƏ  ÖZÜNƏMƏXSUS BİR  KEYFİYYƏTLƏ BİRİ DİGƏRİNƏ QARŞI  MEHRİBANLIQ , ÜLFƏT  VƏ ƏLAQƏ GÖSTƏRMƏKDƏDİR. LAKİN BU ÜLFƏT VƏ  ƏLAQƏ  HƏR VARLIQ MƏRTƏBƏSİNDƏ FƏRQLİ OLDUGU ÜÇÜN İNSANIN ONU ADİ VƏZİYYƏTDƏ DƏRK EDİB ANLAMASI MÜŞKÜLDÜR.ONA GÖRƏ DƏ İNSAN  BU RABİTƏ VƏ  ƏLAQƏNİ  İLK OLARAQ  YUXARIDA ADINI ÇƏKDİYİMİZ  HƏŞARATLARDA   MÜŞAHİDƏ  EDİR. ƏSLİNDƏ BU RABİTƏ TƏSADÜFİ  BİR   HADİSƏNİN  NƏTİCƏSİ OLMAYIB,UCA YARDANİN MƏXLUQAT  ALƏMİNƏ İLHAM ETDİYİ MƏNƏVİ BİR FEYZDİR. BU MƏNƏVİ FEYZİ CİSMİN VƏ MADDƏNİN HUDUDLARINDA AXTARMAQ ƏBƏS VƏ QEYRİ-MÜMKÜN BİR İŞDİR.ÇÜNKİ MATERİYANIN SƏRHƏDLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN  VƏ TƏBİƏT HADİSƏLƏRİNİ  ÖYRƏNƏN  TƏCRÜBİ ELMLƏRİN HEÇ BİRİ MƏNƏVİ RABİTƏ VƏ ÜLFƏTİN HARADAN QAYNAQLANDIGINI HƏLƏ BU GÜNƏ QƏDƏR AYDINLAŞDIRA BİLMƏMİŞ  VƏ  DÜNYANIN  SONUNA QƏDƏR DƏ BU İŞİ İZAH  EDƏ  BİLMƏYƏCƏK.  ONA GÖRƏ DƏ BİZİM ÜZƏRİMİZƏ DÜŞƏN  VƏZİFƏ BU  FEYZİN MATERİYA ÜSTÜ  ALƏMDƏN,  MATERİYA  ALƏMİNƏ  OLUNAN  BİRF LÜTF  KİMİ  ANLAYIB  BAŞA DÜŞMƏYİMİZDİR.
BU MÖVZUNU İNSAN ÜZƏRİNDƏ  ARAŞDIRDIGIMIZ  ZAMAN  DEMƏLİYİK Kİ, İNSAN YARADILMIŞ VARLIQLARDAN BİRİ OLMAQLA  YANAŞI  XİDMƏT ETİBARI İLƏ  TAMAMİLƏ  FƏRQLİ  XÜSUSİYYƏTLƏRƏ MALİKDİR. BU FƏRQLİ XÜSUSUYYƏT  VƏ KEYFİYYƏTLƏRƏ SAHİB OLMA  İNSANI ONLARDAN  AYIRMIŞ VƏ BU  MƏNƏVİ  RABİTƏ  VƏ  ƏLAQƏNİN İNSANDA FƏRQLİ ŞƏKİLDƏ TƏZAHÜR  OLMASINA  SƏBƏB  OLMUŞDUR. HƏR  ŞEYDƏN ƏVVƏL  İNSAN DİGƏR VARLIQLARDAN FƏRQLİ  OLARAQ İRADƏ  VƏ SEÇİM HUQUQUNA MALİKDİR. YƏNİ İNSANA HADİSƏLƏRLƏ QARSHILAŞARKƏN ÖZ MÖVQEYİNİ İRADƏ  AZADLIGI  İLƏ MÜƏYYƏNLƏŞDİRİB  YOLLARDAN BİRİNİ SEÇMƏ İXTİYARI VERİLMİŞDİR. İNSANIN  TAM İXTİYARLI BURAXILMASI VƏ ƏLAVƏ  OLARAQ NƏFSANİ İSTƏKLƏRİN VERİLMƏSİ ONU DİGƏR NÖVLƏRİNDƏN FƏRQLƏNDİRMİŞDİR.
DEMƏLİ İNSAN  DİGƏRLƏRİNƏ  NİSBƏTƏN  DAHA MÜRƏKKƏB  VƏ SİRLİ  VARLIQDIR. ONA GÖRƏ DƏ  İNSANİ  ƏLAQƏ  VƏ  RABİTƏ ZAMANI BU  MÜRƏKKƏBLİK  ÖZÜNÜ  GÖSTƏRMİŞ VƏ  İNSAN  CƏMİYYƏTİNDƏ  MEHRİBANLIQ, ÜLFƏT, DOSTLUQ, YARDIMLAŞMA KİMİ DƏYƏRLƏR DAHA FƏRQLİ BİR  MÜSTƏVİDƏ  İNKİŞAF  ETMİŞDİR.
BİLDİYİMİZ KİMİ İNSAN İCTİMAİ BİR VARLIQDIR. VƏ YALNIZ İNSAN CƏMİYYƏTİNDƏ MƏDƏNİYYƏT,ƏXLAQ ,İNKİŞAF ,ADƏT-ƏNƏNƏ KİMİ MƏFHUMLAR İŞLƏDİLİR VƏ ONLARA  DƏYƏR  VERİLİR. ONA GÖRƏ DƏ İNSANLAR TOPLUM  HALINDA  YAŞAMA  MƏCBURİYYƏTİNDƏDİRLƏR.TOPLUM HALINDA  YAŞAMA  İSƏ FƏRDLƏR  ARASINDA ÖZÜNƏMƏXSUS  BİR  RABİTƏ  VƏ  ƏLAQƏNİN  OLMASINI  GƏRƏKDİRİR.İNDİ  BİLMƏLİYİK Kİ,İNSAN CƏMİYYƏTİNDƏ BU RABİTƏ  HANSI  MUSBƏT  VƏ MƏNFİ  KEYFİYYƏTLƏRİ  İLƏ  TƏZAHÜR  EDİR. KEYFİYYƏTLƏRİN  MƏNFİ  VƏ YAXUD  MÜSBƏT OLARAQ  İNKİŞAF  ETMƏSİ  HƏMİN  CƏMİYYƏTLƏRİN ƏQİDƏ, DÜŞÜNCƏ VƏ İDEOLOGİYALARINDAN  ÇOX ASLIDIR.HANSI ƏQİDƏ VƏ DÜŞÜNCƏYƏ   SAHİB OLMA  İNSAN  CƏMİYYƏTİNİN  MƏNƏVİ  BAGLILIGINA  VƏ ƏXLAQINA HƏDDƏN ZİYADƏ TƏSİR ETMƏKDƏDİR. ƏQİDƏ  VƏ İDEOLOGOYALARİN  FƏRQLİ  OLMASI ,DOSTLUQ, ULFƏT,QARDASHLIQ,YARDIMLAŞMA,XEYİRXAHLIQ VƏ YA ƏDAVƏT ,DÜŞMƏNÇİLİK,MƏNFƏƏTPƏRƏSTLİK,KİN-KÜDÜRƏT KİMİ  BİR-BİRİNƏ ZİDD  OLAN KEYFİYYETLƏRİN  DƏ YANAŞI OLARAQ İNKİŞAF ETMƏSİNİ HƏQİQƏTƏ ÇEVİRİB.
İNSAN CƏMİYYƏTİNİN  BU GÜNKÜ  HALI  VƏ BƏŞƏRİYYƏTİN  ARXADA BURAXDIGI TARİXİ KEÇMİŞİ  BU SÖYLƏNİLƏN MƏNƏVİ  BAGLILIGIN HANSI  MÜSTƏVİDƏ İNKİŞAF ETMƏSİNİ GÖSTƏRƏN AŞKAR BİR DƏLİLDİR.BƏŞƏRİYYƏTİN KEÇDİYİ UZUN TARİXİ KEÇMİŞ,  İNSANIN  YARADILIŞ  QAYƏSİNİN ƏKSİNƏ  OLARAQ,ÇOX BÖYÜK  FƏLAKƏTLƏRİN ,FACIƏLƏRİN ,QIRGINLARIN,QANLI VƏ VƏHŞİ MÜBARİZƏLƏRİN QARANLIQ BİR SƏHNƏSİ  OLMUŞDUR. BU DƏHŞƏT  VƏ FƏLAKƏTLƏR ELƏ BİR HƏDDƏ  ÇATMIŞDIR Kİ,BİR MƏMLKƏTİN ,BİR QÖVMÜN VƏ YAXUD BİR İNSANIN  MƏNFƏƏTİ ÜÇÜN MİLYONLARLA İNSAN AMANSIZCASINA  MƏHV EDİLMİŞ VƏ VƏHŞİ İŞGƏNCƏLƏRƏ QURBAN GETMIŞDİR.TARİX BELƏ AMANSIZ HADİSƏLƏRƏ ÇOX SƏHNƏ  OLMUŞDUR.ÇİNGİZLƏR,NAPALEONLAR,HİTLERLƏR,STALİNLƏR KİMİ VƏHŞİLƏRİN NİYYƏTLƏRİNİN VƏ YAXUD BİR İRQİN, BİR MİLLƏTİN DİGƏR İRQ VƏ  MİLLƏTLƏRDƏN  ÜSTÜN  OLMASI FİKRİNİN HƏYATA KEÇMƏSİ ÜÇÜN  İNSAFSIZCASINA MİLYONLARLA İNSANI ƏHATƏ EDƏN İRQ VƏ MİLLƏTLƏRİN TALEYİ AMANSIZLIGA DÜÇAR  EDİLƏRƏK MƏHV EDİLMİŞDİR.BUNA MİSAL OLARAQ AMERİKA VƏ AVSTRALİYA QİTƏLƏRİNDƏ İNGİLİS MÜSTƏLƏKƏÇİLƏRİNİN MƏNFUR MƏQSƏDLƏRİNİN HƏYATA KECMƏSİ ÜÇÜN BÖYÜK QƏBİLƏ VƏ XALQLARI BİRLƏŞDİRƏN "QIRIMİZIDƏRİLİLƏR" İRQİ TAMAMİLƏ MƏHV EDİLƏRƏK YER ÜZÜNDƏN SİLİNMİŞLƏR.BU İNSAN ƏLİ İNSANLIQ TARİXİNƏ QARA HƏRFLƏRLƏ YAZILMIŞ BİR LƏKƏDİR.
LAKİN TARİX ÜLFƏT  DOSTLUQ  VƏ BUNUN  KİMİ MƏNƏVİ  DƏYƏRLƏRİN  HAKİM OLUB  DÜNYANI ÖZ  NURUNA  QƏRQ  ETMƏK  İSTƏYƏN  TOPLUMLARIN  DA VARLIGINA ŞAHİD OLMUŞDUR.BU TOPLUMLAR ƏVVƏLKİLƏRDƏN FƏRQLİ OLARAQ  BƏŞƏRİYYƏTİ XİLASI  ÜÇÜN  ÇALIŞMIŞ,İNSANLIGA SÜLH ,ƏMİN-AMANLIQ,QARDAŞLIQ,HUMANİZM DƏYƏRLƏRİNİ AŞILAMAGA SƏY  ETMİŞLƏR. LAKİN BUNU  BƏŞƏRİYYƏTƏ  HAKİM ETMƏK  İSTƏYƏNLƏR, QARŞI  TƏRƏFDƏN ÇOX  BÖYÜK  TƏZYİQLƏRƏ  MƏRUZ  QALMIŞ,DƏHŞƏTLİ  MƏHRUMİYYƏTLƏRLƏ  ÜZLƏŞMİŞLƏR.BUNA  BAXMAYARAQ  HEÇ  VAXT MƏQSƏDLƏRİNDƏN  ƏL ÇƏKMƏMİŞ,MƏHRUMİYYƏTLƏR VƏ TƏZYİQLƏR ONLARI ÖZ  YOLLARINDAN  DÖNDƏRƏ BİLMƏMİŞDİR.PEYGƏMBƏRLƏRİN HİDAYƏT EDİB RƏHBƏRLİK ETDİYİ TOPLUMLAR BELƏ CƏMİYYƏTLƏRDƏNDİR.BUNLAR TARİXİN ƏN NURLU SƏHİFƏLƏRİNDƏ QƏRAR  TUTMUŞ  VƏ İNSANLIGA GÜNƏŞ KİMİ İŞIQ SAÇMIŞLAR. BELƏ BİR-BİRİNƏ ZİDD OLAN  KEYFİYYƏTLƏRƏ SAHİB OLUB  MÜBARİZƏDƏ OLAN İKİ QÜTÜBLÜ CƏMİYYƏTLƏRİN  MÖVCUD OLUB ÖZ NİYYƏTLƏRİNİ HƏYATA KEÇİRMƏK  UGRUNDA SƏY  ETMƏLƏRİNİN  ƏSL  SƏBƏBLƏRİNİ ARAŞDIRMAGIMIZA EHTİYAC VARDIR. ƏVVƏLDƏ DEDİK Kİ, BİR İNSANIN VƏ TOPLUMUN  MÜƏYYƏN BİR  YOLDA İSTİQAMƏT  GÖTÜRÜB  ADDIMLAMASINA  SƏBƏB  ONUN İNANC  VƏ  ƏQİDƏSİDİR.BƏŞƏRİYYƏTİN İNANC  VƏ ƏQİDƏSİ TARİX BOYU İKİ QÜTÜBLÜ OLARAQ İNKİŞAF ETMİŞDİR.YA BƏŞƏRİYYƏT ALLAH HƏQİQƏTİNƏ İNANMIŞ VƏ BU İNANC GƏRƏKDİRDİYİ İSTİQAMƏTDƏ  ƏMƏL ETMİŞ, BU ZAMAN  BÜTÜN  ŞƏXSİ  MƏNFƏƏTLƏR VƏ NƏFSANİ  İSTƏKLƏR BU İNANCIN GƏTİRDİYİ DƏYƏRLƏRİN HƏQİQƏTƏ ÇEVRİLMƏSİNƏ  QURBAN VERİLMİŞDİR.ALLAHA İMAN İNSANLARDA AXİRƏT İNANCINI GƏRƏKDİRMİŞ ,BƏŞƏRİYYƏTDƏ BÖYÜK MƏSULİYYƏT HİSSİNİ OYATMIŞDIR.
YA DA Kİ,İNSANLAR ALLAHA  VƏ AXİRƏTƏ OLAN İNANCINI İTİRMİŞ, BÜTÜN SƏY VƏ MÜBARİZƏLƏR DƏ MƏNFƏƏT VƏ MADDİ  QZANC ÜZƏRİNDƏ QURULMUŞDUR. BU DA ƏSLİNDƏ NƏFSANİ BİR İSTƏK OLDUGU ÜÇÜN  MƏHDUDİYYƏT VƏ SƏRHƏD TANIMAMIŞ ,NƏTİCƏDƏ YUXARIDA SÖYLƏDİYMİZ FACIƏLƏRİN TÖRƏNMƏSİNƏ SƏBƏB OLMUŞDUR.ÇÜNKİ İLAHİ DƏYƏRLƏRİ İNKAR  EDƏN BİR FƏRD VƏ TOPLUM ÜÇÜN  HEÇ BİR MƏSULİYYƏT  VƏ CAVABDEHLİK HİSSİ  YOXDUR.
DEMƏLİ MUSBƏT DƏYƏRLƏRİN DAŞIYICISI OLAN QÜTBDƏ MÖVQE TUTANLARIN İSTİQAMƏTVERİCİSİ ALLAHDIR.ALLAH BƏŞƏRİYYƏTƏ DAVAMLI OLARAQ SƏFİRLƏR GÖNDƏRMİŞ,ONLAR DA ZAMAN-ZAMAN BU DƏYƏRLƏRİ CƏMİYYƏTDƏ TƏBLİG ETMIŞLƏR.
ƏYƏR BİZ İSLAMIN ZÜHURUNDAN ÖNCƏ ƏRƏB QƏBİLƏLƏRİNİN CAHİLİYYƏ DÖNƏMİNDƏKİ VƏZİYYƏTİNİ ARAŞDIRSAQ BUNU AŞKAR ŞƏKİLDƏ GÖRƏRİK.CAHİLİYYƏ DÖNƏMİNDƏ BUTUN ƏRƏB QƏBİLƏLƏRİNİN RABİTƏ BAGLILIQLARI MƏFƏƏƏT VƏ QƏBİLƏ TƏSSUBKEŞLİYİ ÜZƏRİNDƏ QURULMUŞDU.ONLARIN HƏTTA DİNİ İNANCLARI MƏNFƏƏT VƏ QZANC  MƏNBƏYİNƏ  ÇEVRİLMİŞDİ.ONA GÖRƏ DƏ ONLAR ,ÜLFƏT, DOSTLUQ, QARDAŞLIQ,VƏHDƏT KİMİ DƏYƏRLƏRƏ DƏ MƏNFƏƏT VƏ TƏƏSSÜB GÖZÜ İLƏ BAXIRDILAR.ƏYƏR BU DƏYƏRLƏRDƏN ONLAR QAZANC VƏ MƏNFƏƏT ƏLDƏ EDİRDİLƏRSƏ ONU ETİBARLI SAYAR, ƏKS  HALDA İSƏ DƏYƏR VERMƏZDİLƏR.
ONA GÖRƏ DƏ EYNİ DİL VƏ KÖKƏ SAHİB OLMAQLARINA BAXMAYARAQ UZUN ZAMANLAR İDİ Kİ,BU QƏBİLƏLƏR ARASINDA KİN,ƏDAVƏT VƏ PƏRAKƏNDƏLİK HÖKM SÜRMƏKDƏYDİ.
BELƏ OLAN BİR  ZAMANDA ALLAH HAQQ  OLAN  PEYGƏMBƏRİNİ ,HƏZRƏT MUHƏMMƏD(S)İ AŞKAR BİR NUR İLƏ GÖNDƏRDİ.BU NUR ONLARDAN ÖZ İNANCLARINDAN ƏL ÇƏKMƏYİ TƏLƏB EDİR VƏ BUNUN NƏTİCƏSİNDƏ BÖYÜK BİR ÜLFƏT, QARDAŞLIQ VƏ VƏHDƏTƏ YETIŞƏCƏKLƏRİNİ ONLARA VƏD EDİRDİ.LAKİN BU VƏD ONLARDAN TAPINDIQLARI QAZANC VƏ MƏNFƏƏT  TANRILARINDAN  ƏL GÖTÜRMƏLƏRİNİ  İSTƏDİYİ ÜÇÜN İLK ƏVVƏL O NURA QARŞI KƏSKİN  MÜBARİZƏYƏ  QALXDILAR. O ZAMAN SƏFLƏR MÜƏYYƏNLƏŞDİ,İMAN  VƏ  ƏQİDƏ  QARDAŞLARI  BİR TƏRƏFDƏ ,MƏQAM VƏ MƏNFƏƏT QULLARI İSƏ  DİGƏR BİR TƏRƏFDƏ QƏRAR TUTDU.LAKİN ALLAHDAN GƏLƏN NUR YAVAŞ-YAVAŞ İŞIGINI ARTIRMAQLA, QARŞI TƏRƏFDƏ OLAN ZÜLMƏTİ  ƏHATƏ EDİB ONU YOX ETDİ.BELƏLİKLƏ BÖYÜK BİR TOPLUMU ULFƏT ,DOSTLUQ VƏ QARDAŞLIQ TELLƏRİ BİR-BİRİNƏ BAGLAYARAQ MOHKƏM BİR ÜMMƏT HALINA GƏTİRDİ. ALLAHU-TƏALA ONLAR ARASINDAKI ÜLFƏT VƏ QARDAŞLIQ TELLƏRİNİN YARANMASINA İŞARƏ EDƏRƏK BELƏ BUYURUR:
"HAMINIZ BİR YERDƏ ALLAHIN İPİNDƏN YAPIŞIN VƏ BİR-BİRİNİZDƏN AYRILMAYIN! ALLAHIN SİZƏ VERDİYİ NEMƏTİNİ XATIRLAYIN Kİ,SİZ BİR-BİRİNİZƏ DÜŞMƏN İKƏN O,SİZİN QƏLBLƏRİNİZİ (İSLAM VƏ İMAN İLƏ) BİRLƏŞDİRDİ VƏ ONUN  NEMƏTİ SAYƏSİNDƏ BİR-BİRİNİZƏ QARDAŞ OLDUNUZ.SİZ ODDAN OLAN BİR UÇURUMUN  KƏNARINDA İKƏN O, SİZİ ORDAN XİLAS ETDİ. ALLAH ÖZ AYƏLƏRİNİ SİZİN ÜÇÜN BU ŞƏKİLDƏ AYDINLAŞDIRIR Kİ, HAQQ YOLA YÖNƏLMİŞ OLASINIZ!"
DİQQƏT EDİN! ALLAH BU AYƏDƏ TAMAMİLƏ BİR-BİRİNƏ QARŞI OLUB ƏDAVƏT BƏSLƏYƏN İNSANLARIN QƏLB  BİRLİYİNDƏN XƏBƏR  VERİR. YƏNİ ALLAH O QÖVMLƏRİN BİRLİYİNİN SÖZDƏ ZAHİRİ BİR BİRLİK OLMAYIB ,QƏLBİN DƏRİNLİKLƏRİNƏ SƏMİMİYYƏTLƏ NÜFUZ ETMİŞ BİR İTTİFAQ ADLANDIRIR. VƏ BU DOSTLUQ VƏ QARDAŞLIGI  ÖZÜNDƏN GƏLƏN BİR LÜTF ,NEMƏT ADLANDIRIR.HƏQİQƏTƏN DƏ MƏDİNƏDƏ OLAN OVS VƏ XƏZRƏC QƏBİLƏLƏRİ PEYGƏMBƏR ONLARA GƏLƏNƏ QƏDƏR BİR-BİRLƏRİNƏ DÜŞMƏNÇİLİK  MÖVQEYİNDƏ İDİLƏR. DEMƏLİ ÇOX BÖYÜK BİR HADİSƏ BAŞ VERMİŞ BU HADİSƏ HƏTTA ONLARIN QƏLBİNƏ NUFUZ EDƏRƏK, RUHLARINDA  BİR ÇEVRİLİŞ  İCAD ETMİŞDİR.BU HEYRƏTAMİZ  HADİSƏ ALLAH VƏ AXİRƏTƏ OLAN İMAN VƏ  ƏQİDƏDİR.ALLAHA İMAN ELƏ BİR  PAKLAYICIDIR Kİ, DAXİL OLDUGU QƏLBLƏRDƏ  KEÇMİŞDƏN KÖK SALMIŞ BÜTÜN ÇİRKİNLİKLƏRİ, RƏZALƏTLƏRİ YUYUB APARMIŞ ,ONLARI  YENİ BİR RUH ,DÜŞÜNCƏ VƏ ƏXLAQDA YETİŞDİRMİŞDİR.
BAXIN İSLAMA DAXİL OLDUQDAN QISA BİR MÜDDƏTDƏN  SONRA ,BU QARDAŞLIQ VƏ ÜLFƏT ÖZ MÜSBƏT  NƏTİCƏSİNİ GÖSTƏRMİŞ ,QÜC ,QÜDRƏT VƏ İNKİŞAF BAXIMINDAN DÜNYANIN ƏN ƏZƏMƏTLİ İMPERATORLUQLARI OLAN BİZANS VƏ SASANİ İMPERİYALARI BU VƏHDƏT ÜLFƏTİN QARŞISINDA TƏSLİM OLMUŞLAR. MƏMLƏKƏTLƏR ,ŞƏHƏRLƏR MUSƏLMANLARDA OLAN BU BƏRABƏRLİK VƏ ƏDALƏTİ GÖRÜB HEYRƏTLƏNMİŞ,BUNUN  QEYRİ-MADDİ BİR ƏSASDAN QAYNAQLANDIGINI ÖZ FİTRƏTİ İLƏ DƏRK  ETMİŞ VƏ QAPILARINI ONLARIN ÜZƏRİNƏ  SƏMİMİYYƏTLƏ AÇMIŞDIR.
BELƏLİKLƏ AYDIN OLDU Kİ, BİR  CƏMİYYƏTDƏ QARDAŞLIQ  VƏ DOSTLUGUN MÖHKƏM  VƏ DƏYƏRLİ OLMASI HƏMİN DOSTLUGUN YALNIZ ALLAHA  XATİR OLMASIDIR.ÇÜNKİ ALLAHA XATİR OLMAYAN BÜTÜN  ƏLAQƏ VƏ DOSTLUQLAR ,AXİRƏT GÜNÜ PUÇ VƏ ƏBƏS OLACAQ.ALLAHA  XATİR OLMAYAN BÜTÜN  BAGLILIQLAR  YALNIZ ONU YARADAN  SƏBƏNLƏR VAR OLANA QƏDƏR MÖVCUD OLA BİLƏR. SƏBƏBLƏR  ARADAN GEDƏN KİMİ BAGLILIQ VƏ DOSTLUQLARA  DA SON  QOYULMUŞ OLACAQ.HƏM DÜNYADA VƏ HƏM DƏ AXİRƏTDƏ ÖZ TÖHFƏSİNİ VERƏN YEGANƏ DOSTLUQ, ALLAH ÜÇÜN QURULAN  DOSTLUQDUR.ƏYƏR İNSANLARI , TOPLUMLARI BİRLƏŞDİRƏN DOSTLUQ VAR DÖVLƏT  ÜZƏRİNDƏ QURULMUŞSA ,BUNUN ÖMRÜ VAR DÖVLƏT OLANA QƏDƏRDİR.BU ZAMAN İMAN SAHİBİ OLAN BİR İNSANIN VƏ YA TOPLUMUN,DİGƏR BİR  İNSAN  VƏ  TOPLUMLA NİYƏ  VƏ NƏ SƏBƏBDƏN DOST OLDUGUNU VƏ DOST OLDUGUNUN DA HANSI ƏQİDƏ VƏ İNANC SAHİBİ OLMASINA ÇOX DİQQƏT ETMƏSİ LAZIMDIR.ÇÜNKİ BU HƏMİN İNSAN VƏ YA TOPLUMUN  DÜNYA VƏ AXİRƏTDƏKİ  AQİBƏTİ NÖQTEYİ NƏZƏRDƏN  ÇOX MÜHÜMDÜR.BU İMAN SAHİBİ OLAN İNSAN VƏ TOPLUMUN ALLAHI İNKAR EDƏN BİR İNSAN  VƏ YA  TOPLUMLA HƏR HANSI MADDİ  MƏFƏƏTDƏN DOLAYI DOST VƏ QARDAŞ OLMASINI QEYRİ-MÜMKÜN EDƏN  BİR HƏQİQƏTDİR.BU ZAMAN QARŞI TƏRƏF NƏSƏB CƏHƏTDƏN ONUN QHUM VƏ ƏQRƏBASI OLSA DA İNSAN  İMANI  ÜSTÜN  TUTUB ONLARI ONLARI ÖZÜNƏ  DOST  TUTMAMALIDIR.
ALLAH BU MƏSƏLƏYƏİŞARƏ EDƏRƏK BUYURUR: "EY İMANGƏTİRƏNLƏR!ƏGƏR ATALARINIZ VƏ QARDAŞLARINIZ  KÜFRÜ İMANDAN ÜSTÜN TUTARLARSA, ONLARI ÖZÜNÜZƏ DOST BİLMƏYİN,SİZDƏN ONLARI DOST TUTANLAR  ÖZLƏRİNƏ ZÜLM ETMİŞ OLARLAR.(YA MUHƏMMƏD)DE Kİ:ƏYƏR ATALARINIZ ,QARDAŞLARINIZ,ÖVRƏTLƏRİNİZ,QƏBİLƏNİZ,QZANDIGINIZ MALLAR,KASAD OLMASINDAN QORXDUGUNUZ  TİCARƏT,XOŞUNUZA GƏLƏN  MƏSKƏNLƏR SİZƏ ALLAHDAN,ONUN PEYGƏMBƏRİNDƏN VƏ ALLAH YOLUNDA  CİHADDAN  DAHA ƏZİZDİRSƏ,ALLAHIN ƏMRİ GƏLİNCƏYƏ QƏDR GÖZLƏYİN. ALLAH  FASİQLƏRİ DOGRU YOLA YÖNƏLTMƏZ".(TÖVBƏ 23-24)
BU AYƏNİN MƏZMUNUNDAN ANLAYIRIQ Kİ,İNSAN ÜŞÜN İMAN ELƏ BİR MÜQƏDDƏS DƏYƏRDİR Kİ,ƏN YAXIN QAN QOHUMU OLAN ATA VƏ QARDAŞLAR BELƏ İMANIN ZİDDİNƏ OLARSA,  İNSAN İMANA ÜSTÜNLÜK VERİB  ONLARDAN ÜZ DÖNDERMƏLİDİR.HƏTTA ƏN YAXIN QOHUMLUQ TELLƏRİ BELƏ İMAN DOSTLUGUN YARATDIGI  MƏNƏVİ RABİTƏDƏN  İNSAN ÜÇÜN ÜSTÜN OLA BİLMƏZ.BUNU AŞKAR ŞƏKİLDƏ ALLAH RƏSULUNUN SƏHABƏLƏRİNİN  HƏYATINDA  MÜŞAHİDƏ  EDİRİK. ONLARIN BƏZİLƏRİ ALLAH RƏSULUNA İMAN  GƏTİRDİYİNƏ GÖRƏ ÖZ ATA VƏ QARDAŞLRI İLƏ  DÜŞMƏN OLMUŞDULAR.LAKİN ALLAH RƏSULUNUN YANINDA ÖZ QAN QARDAŞLARININ  ƏVƏZİNDƏ YENİ İMAN QARDAŞLARI TAPMIŞDILAR. ONLAR ALLAH RƏSULU İLƏ BİRLİKDƏ ÖZ  KAFİR ATA  VƏ QARDAŞLARINA  QARŞI VURUŞMUŞDULAR.İMANIN YARATDIGI QARDAŞLIQ ONLARI ELƏ MÖHKƏM TELLƏRLƏ BİR-BİRİNƏ BAGLAMIŞDI Kİ,DOGMA ATA VƏ QARDAŞLARINI BELƏ BU YOLDA TƏRK ETMƏYİ BACARDILAR.LAKİN QOHUMLUQ TELLƏRİNƏ VƏ MADDİ MƏNFƏƏTLƏRƏ GÖRƏ ALLAH DÜŞMƏNLƏRİNİ  DOST TUTANLAR  ÖZLƏRİNƏ  BÖYÜK BİR  ZÜLM ETMİŞLƏR.ƏYƏR QAN QOHUMLARINA  VƏ DÜNYƏVİ  MƏNFƏƏTƏ OLAN MƏHƏBBƏT ALLAH VƏ  RƏSULUNA  OLAN MƏHƏBBƏTİ  ÜSTƏLƏYİRSƏ,TOPLUMDA FƏSADIN VƏ NİFAQIN YARANİB İNKİŞAF ETMƏSİNƏ SƏBƏBİYYƏT VERƏCƏK.O ZAMAN DUNYA VƏAXİRƏTDƏ ZİYANA UGRAMIŞLARDAN OLACAQ. BU GÜNKİ MÜSƏLMAN TOPLUMLARINDA OLAN FƏSAD VƏ FƏLAKƏTLƏRİN ƏSASINDA DA MADDİ MƏNFƏƏTLƏRƏ OLAN MƏHƏBBƏTİN ALLAH SEVGİSİNİ ÜSTƏLƏMƏSİNDƏN QAYNAQLANAN  SƏBƏBLƏR DAYANIR.BİR MÜSƏLMAN TİCARƏTİNİN AZALMASINDAN,MƏQAMININ ENMƏSİNDƏN,VAR-DÖVLƏTİNİN AZALMASINDAN QORXARAQ,İMANA ZİDD OLAN BİR TOPLUMLA  ÜLFƏTDƏDİRSƏ,BU İMAN TOPLUMUNUN  DAYAQLARININ  SARSILMASI,NİFAQ VƏ PƏRAKƏNDƏLİYİN YAYILMASI DEMƏKDİR.DEMƏLİ BİR İNSAN VƏYA TOPLUMUN SAGLAM VƏ ƏMİN-AMANDA QALMASI, ONUN ALLAHA GÖRƏ DOST OLUB ONUN ÜÇÜN DƏ DÜŞMƏN OLMASINDADIR.                                                                                                                              (DADASH ƏLİBEYLİ)

четверг, 29 декабря 2011 г.

NƏHCUL-BƏLAGƏDƏN HİKMƏTLİ KƏLAMLAR


50-   "İnsanların ürəkləri ürkəkdir; o halda kim  isti münsibet göstererse ona yönelerler

51-   "Zaman sənə kömək etdiyi müddətcə (güc və səltənət səninlə olduqca) ayıbın gizli qalar."

52-   "İnsanların bağışlamağa ən layiq olanı cəzalandırmaga ən qadir olandır.

53-   Comərdlik, istənmədən verməkdir; istənildikdən sonra vermək utanmaq və qınanmaqdan qaçınmaqdır."

54-   "Ağıl kimi zənginlik, cəhalət kimi yoxsulluq, ədəb kimi miras, müşavirə kimi dəstək yoxdur."

55-   "Səbir iki cürdür: Xoşlanmadığın şeylərə qarşı səbir və sevdiyin şeylərə qarşı səbir."

56-   "Zənginlik qürbətdə vətəndir; kasıblıq isə vətəndə qürbətdir."

57-   "Qənaət, tükənməyən maldır."

58-   "Mal, şəhvətlərin və arzuların təməlidir."

59-   "Səni çəkindirən kimsə, səni müjdələyən kimsə kimidir,"

60-   "Dil yırtıcıdir  sərbəst buraxılsa dişleyer.

İMAM MUHƏMMƏD İBNİ ƏLİ(Ə.S)NİN İMAMƏT MƏSƏLƏSİ






Bir kimsənin yetkin olmadan əvvəl İmamet mövqesinə çatması mümkün müdir? İmam Cevad (ə.s.) 203 ilində İmam olduqdan sonra bu məsələ çox ciddi bir şəkildə Elmi kəlamı müzakirələrdə mövzu edilməyə başlandı və sonraları 220 hicri ilində İmam Hadı (a.s.)ın imameti və ondan sonra da Hz. Mehdi (a.f.)ın imametiyle əlaqədar olaraq tam zirvəyə qalxdı.

203 ilində İmam Riza (a.s.)ın şəhidliyindən sonra O həzrətin tək oğlu olan İmam Cevad də. s.) səkkiz və ya doqquz yaşında olduğundan ötəri şiələr dərin bir narahatlığa düşdülər. Bəzi tarixçilərin yazdığına görə, bu barədə şiələr arasında ixtilaf meydana gəldi, digər şəhərlərdəki şiələr də nə edəcəklərini bilmədilər. [6] Bunun üçün də onlardan bəzisi Abdürrahman b. Haccacın evində toplanaraq ağlamaya, sızlamağa başladılar.

İmanın ən əhəmiyyətli rüknünü məsum İmama itaət etmək olaraq bilən, fiqhi və dini problemlərlə qarşılaşdıqlarında günahsız İmama müraciət edən şiələr üçün bu məsələ böyük bir əhəmiyyət daşımaqda idi və bu problemi həll etmək məcburiyyətində idilər. İmam Riza (a.s.)ın oğulu İmam Cavad (a.s.)ı öz yerinə İmam olaraq təyin etdiyini qəti olaraq şiələr bilirdilər ancaq İmam Cavad (a.s.)ın yaşının kiçik olmasından qaynaqlanan bu problem/sualın, əmin və mutmain olmaları üçün daha sıx bir təhqiq etməyə məcbur edirdi, onları.

İmam Cevad (a.s.)ın imametiyle əlaqədar olaraq İmam Riza (a.s.)dan geriyə qalan naslar arasında xüsusilə belə xatırladılmışdır:

İmam Riza (ə.s.), kiçik yaşdakı oğulu İmam Cavad (a.s.)ı öz yerinə İmam olaraq təyin etmiş və bu iş üçün daha geniş bir fürsət varkən bunun üzərində israrla dayanmışdı. Hətta İmam Riza (a.s.)ın bəzi səhabələri İmam Cavad (a.s.)ın yaşının kiçik olduğuna diqqət çəkincə İmam Riza(ə.s.), Hz. İsa .(a.s.)ın süd əmdiyi bir dövrdə peyğəmbər olduğunu xatırlatmış və belə buyurmuşdu: "İsa (ə.s.) peyğəmbərliyə seçildiyində mənim oğulumdan daha kiçik idi.

Şübhəsiz ki İmam Riza (a.s.)ın şəhidliyindən sonra O həzrətin şiələri arasında meydana gələn sarsılma və qərarsızlıq, onların bəzilərinin İmam Riza (a.s.)ın qardaşı olan Abdullah b, Musanın ətrafına toplanmasına səbəb oldu. Lakin bunlar da dəlil görmədən kimsəni İmam qəbul etmədiklərindən ötəri onların bir qisimi Abdullaha bəzi suallar yönəltdilər və cavab verə bilmədiyini görüncə də onu tərk ettilər.

Onların bir qrupu da İmam kazim (a.s.)da dayanan Vəqfiyəyə qatıldılar. Nəvbahtiyə görə bu iki meylin hər ikisinin nə səbəbi, onların, yetkin olmağı imametin şərtlərindən biri olaraq bilmələri idi.

Bunlarla birlikdə şiələrin çoxu İmam Cavad (a.s.)ım imametini qəbul etdilərsə də onların bəzisi İmamın yaşının kiçik olduğunu İmam Cavad (a.s.)ın özünə söylədilər və İmam Cevad (ə.s.) isə onların cavabında, Hz. Süleyman (a.s.)ın Davud (a.s.)ın yerinə keçdiyinə işarə edib belə buyurdu: Hz. Süleyman (ə.s.) uşaqlıq dövründə, qoyunları otardığı bir zamanda Hz. Davud (ə.s.) onu öz yerinə keçirdi və bəni İsrailin abid və alimləri onun bu əməlini inkar edirdilər.

Navbahtinin yazdığına görə Əbu Cəfər (a.s.)ın imametine inananlar, Yəhya b. Zekeriyanın məsələsinə, İsa (a.s.)ın süd əmdiyi bir dövrdə peyğəmbər oluşuna, Yusuf (a.s.)ın hekayəsinə və Hz. Süleyman (a.s.)ın elminə söykənirdilər. Və bu saydıqlarımız da bunu göstərir ki, Allahın hüccetleri buluğ çağına çatmadan da heç bir təhsil və təhsil almadan, ledünni olaraq elm sahibi ola bilərlər.

İmamıyyə şiələri bir tərəfdən imametin ilahi təqdir olmasını göz önündə tuturdular, buna görə də İmamın yaşının kiçik olması qətiliklə onların inancında bir xələl və bir sarsılma meydana gətirə bilməzdi və başqa bir tərəfdən də əhəmiyyətli olan tək şey, bu ilahi ölçünün imamların elmində zühur etməsi idi. Həqiqətdə İmamlar şiələrin bütün suallarını cavablandıracaq bir mövqedə idilər. Bunun üçün də onlar bütün İmamlar haqqında bu əsli güdüb İmamlara müxtəlif suallar yönəldirdilər və soruşduqları suallara razı salıcı cavab aldıqlarında (və imameti haqqında nas da mövcud olduğunda) onu günahsız İmam olaraq qəbul edirdilər.

İmam Cavad (a.s.)ın yaşının kiçik olduğu nəzərə alındığında Onun haqqında da belə bir araşdırmanın edilməsi və müxtəlif sualların ONA yönəldilməsi daha zəruri görünməkdə idi. Bu məbna istiqamətində şiələr müxtəlif yerlərdə və fürsət gəldiyincə İmam Cavad (ə.s.) haqqında belə bir araşdırma etdilər və ondan sonra da şiələrin az qala hamısı -çox az kəslər xaric- xatircəm bir şəkildə Onun imametini qəbul etdilər.

Bu barədə bunu ifadə etməliyik ki: Bir az əvvəl də toxunduğumuz kimi, şiələr İmam Cevad (a.s.)ın imamet məsələsini təhlil etmək içib bir yerə toplaşdılar. İmam Riza (a.s.)ın etimad etdiyi şiələrdən biri olan Yunus b. Əbdürrəhman "İmam Cevad (ə.s.) böyüyənə qədər nə etməliyik?" dedi. Bu sırada Rayyan b. Tam etiraz edərcəsinə yerindən qalxıb belə dedi: "Sən zahirde İmam Cevad (a.s.)ın imametine inanmış göstərirsən özünü, ancaq qəlbində Onun imameti haqqında şübhə etdiyin aydındır. Əgər ONun imameti Allah tərəfindən isə O bir günlük uşaq belə olsa bizim böyüyümüz, şeyximiz yerindədir; lakin əgər Allah tərəfindən olmasa hətta min il belə yaşamış olsa bizim üçün başqalarıyla bir fərqi yoxdur." Oradakı şiələr ayağa qalxıb Reyyanı susdurdular... Beləliklə həcc mövsümündə Bağdaddakı və digər şəhərlərdəki şiə alimləri bir araya, toplanıb, səksən nəfərlik bir qrup meydana gətirərək Mədinəyə getdilər, əvvəl Abdullah b. Musanın yanına getdilər, lakin axtardıqlarını onda tapa bilməyincə ayrıldılar və İmam Cevad (a.s.)ın hüzuruna gəldilər. İmam Cevad (ə.s.) onların bütün suallarını cavablandırdı, onlar da İmametin və ilahi elmin əlaməti olan bu cavabları eşidincə çox sevindilər.

İkinci bir dəfə şiələr müxtəlif bölgələrdən gəlib İmamın yanında toplandılar və burada da çox müxtəlif mövzular haqqında İmama suallar soruşdular və İmam da onların bütün suallarını cavablandırdı. İmam bu sırada on yaşında idi. Bu rəqəmdə bir az mübaliğə edilmiş olması da olabiləcəkdir lakin rəvayətdən aydın olan bunlardır:

a - Şiələr İmamın elmi vəsiləsiylə onun imametini qəbul etməkdə israr edirdilər.

b - İmamın yaşı kiçik idi, amma imameti Allah tərəfindən olduğu üçün şiələrin elmi və fiqhi suallarını gözəl bir şəkildə cavablandırdı.

Şeyx Müfid -İmam Riza (a.s.)ın şəhidliyindən sonra bəzi şiələrin İmam Cevad (a.s.)ın imametini inkar edib Vakifiye inancına əyilmələrinə və bir qisiminin də Əhməd b. Musanın imam olduğuna inandıqlarına toxunaraq- şiələrin böyük bir əksəriyyətinin qəbul etdiyi İmam Cevad (a.s.)ın imameti üzərində təkidlə dayanıb, onun isbatı üçün də əqlı dəlilə əlavə olaraq Hz. İsa (ə.s.) haqqında nazil olan ayələrə istidlal edir. Eyni şəkildə Rəsulullah (s.a.a.)ın İmam Əli (a.s.)ı buluq çağına çatmadan İslama dəvət etməsinə də toxunur, halbuki ONun yaşındakı başqa uşaqlara belə bir dəvətdə olmamışdır. Şeyx Müfidin, görüşünün səhih olduğuna dair gətirdiyi başqa bir şahid də Peyğəmbərin Həsən və Hüseyni, uşaq olduqları halda mübahale hadisəsində özü ilə aparmasıdır.

İmamet məsələsində əhəmiyyətli olan şey bir əvvəlki İmamın, sonrakı İmamın imameti haqqında nəssının(aşkar bir delil) olmasıdır, ki Şeyx Müfid də İmam Riza(as.)ın, İmam Cavad (a.s.)ın imameti haqqındakı nəssı İmam Riza (a.s.)ın yaxın və böyük səhabələrinin bəzilərindən nəql edərək o nassın rəvayətçilərini belə sıralayır:

Əli b. Cəfər b. Məhəmməd əsSadik (ə.s.)

Safvan b. Yəhya

Muammer b. Hallad

Hüseyn b. Beşşar

İbni Qıya bilmə əl-Vasıti

Həsən b. Cahm

Əbu Yəhya əssənəni

əl-Hayrati

Yəhya b. Həbib b. əz-Ziyat və digər bir çox kəslər.

Şeyx Müfid bu şəxslərin bəzisinin rəvayətini "İrşad" kitabında zikr etmişdir və Ustad Atarudi isə az qala onların hamısını Müsned'ül İmam'il Cevad kitabında bir araya toplamıştır' Allame Məclisi də Bihar'ül Envar kitabında O həzrətin imameti haqqındakı nasları zikr etmək məqsədiylə xüsusi bir fəsil açmışdır.

Bu rəvayətlərdən yaxşıca aydın olmaqdadır ki İmam RİZA (ə.s.) dəfələrlə və qarşılaşdığı müxtəlif münasibətlərdə, oğulunun imametini xatırlatmış və öz böyük səhabələrini də hadisədən xəbərdar etmişdir. Həqiqətdə İmam Riza (a.s.)ın çoxu səhabələrinin o İmamın buyruqlarına söykənərək İmam Cavad (a.s.)ın imametinde israr etmələrinin özü İmam Cavad (a.s.)ın imametinin hakkaniyetini ən yaxşı bir şəkildə isbat etməkdədir. Çünki şiənin böyükləri, fəqihleri və hədisçiləri, imamların imametini qəbul edərkən böyük bir vasvasılıq göstərir və əvvəldən də toxunduğumuz kimi nassın olmasıyla birlikdə fərqli elmi suallar soruşduqdan sonra onların imametini qəbul edirdilər.

INSAN




  İnsan yeganə varlıqdır ki, Allahu təala ona ağıl vermiş və yalnız insan  ağıl vasitəsi ilə dünyada və kainatda baş verən hadisələri düşünür, yaxşı ilə pisi, haqla batili və başqa şeyləri derk edir, onları bir birindən ayırır və onların arasında öz düşüncə və təfəkkürünə görə bir seçim edir, həyatda özünə bir yol seçir. Bəzən bu seçim tam da insanın xəyal etdiyi kimi olmur. İnsan öz xəyalında bir şey düşünür və xəyal etdiyi şeyi zehnində canlandırmağı çalışır. Lakin nəticəyə varanda, görür ki, tamam başqa bir şey alınır. Nəticədə  insan alınmadığı şey üçün məyus olur və bir müddət əlini hər bir şeydən üzür. Hətda bu məyusluq insanı bəzi günahlara əl atmağa vadar edir. İnsan yolunu azmağa başlayır və özü də bunu hiss etmədən Allahın yolundan çıxır. Bəzən də tam əksinə olur. İnsanın həyatında baş verən hadisələr və problemlər onun həyat tərzini kökündən dəyişir və insan Allaha bağlanır və Allahın qoyduğu qanunlarla yaşamağa başlayır. Kim deyə bilər ki, Allahın insan üçün qoyduğu qanunlar insanın ziyanınadır ? Bunu iddia edən insan ya ağıldan kəm ya da səfeh olmalıdır, bunun başqa cavabı yoxdur. Əlbəttə insan həyatı problemsiz deyil. İnsan həyatını problemsiz təsəvvür etmək də olmaz. Əslində insan özü-özünə problemlər yaradır. Bu da onun nəfsindən irəli gəlir. Bu problemlər qarşısında insan səbirli olmalıdır və daima Allaha dua etməlidir. Yalnız bu zaman insan öz problemlərinə cavab tapa bilər. Amma elə problemlər yaranır ki, onların həlli insanın gücü öhdəsində deyil. Bu elə bir problemdir ki, insanın mənəviyyatını məhv edir hətda imanının itirməsinə səbəb olur. Bu halda insan nə etməlidir? Bu halda insan qayıtmalıdır lap başa, öz yaradılışının əvvəlinə. Bunun üçün də o, Allahın kitabına – Qurani Kərimə müraciət etməlidir. Çünki Quran bütün dərdlərin dərmanıdır. Odur insana bu qaranlıq dünyada yol açıb – göstərən, insanı zülmətdən nura tərəf çıxardan və insanın həyatını tənzimləyən. Çünki bu Quran, yeri, göyü və onların arasında olan hər şeyi yaradan Allahın kəlamıdır. Ona görə də yalnız Allah bilir öz yaratdığı insan üçün nə xeyirli və nə ziyandır. Bəqərə surəsinin 216-cı ayəsində Allahu təala buyurub:
 “…. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.” 
   Bəli Allah bilir, biz isə bilmirik. Tək olan və hər şeyi bilən Allahdır. Allah alimdir, biləndir. Onun elminin, bilgisinin əvvəli yoxdur, sonu yoxdur. Çünki Allah özü əvvəldir və axirdir.Onun bilgiyə ehtiyacı yoxdur, çünki o ehtiyacsızdır. Lakin möhtac olan insandır. Allah insanı ehtiyac içində yaradıb. Amma insanın ehtiyacını ödəmək üçün də Allah hər şeyi yarabıb. Yaradıb ki, insan yaradıldığının və yaradılışın üzərində düşünüb Allaha şükr eləsin. İnsan üçün məkan lazımdır və Allah məkanı yaradıb, insan üçün hava lazımdır və Allah havanı yaradıb. İnsan üçün yemək lazımdır və Allah bunu da yaradıb. Görməyi o yaradıb, eşitməyi o yaradıb, səsi o yaradıb, düşüncəni o yaradıb. Allah yaradandır və bunların hamısını insan üçün yaradıb. Onun bunların heç birinə ehtiyacı yoxdur hətta insana belə ehtiyacı yoxdur.
    İnsanın insanlığı o zaman ortaya çıxır ki, o, bütün bunları görüb, düşünüb Allaha şükür edəcək. Və şükür o zaman şükür olur ki, insanın dilində olan şükrü əməli şükrə çevirir və Allaha əməlində ibadət eləyir, dili ilə yox. Allahu təala Qurani-Kərimdə də buyurub: 

  “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”.    
                                 
 İnsanın Allaha o zaman layiqli bəndə olduğı bilinər ki, insan, ona Allah tərəfindən bəxş olan nemətləri Allah yolunda xərcləyər. İnsan əgər Allah ona bəxş etdiyi əxlaqla əxlaqlanarsa, yalnız o zaman həqiqi insan olar. İnsanlıq bir zirvədir. O zirvəyə də çatmaq hər birimizin borcudur. Çünki bunu bizdən Allah istəyir. Bunun üçün Allah bizə nümunə olaraq Hz. Muhəmmədi (s) göstərir və Qurani-Kərimdə buyurur:

  “…Allah rəsulunda sizin üçün gözəl bir nümunədir”     

Hz. Muhəmməd insanlar üçün insanlıq nümunəsidir. Allahu Təala “İnsan” surəsini nazil etmişdir, Quranı-Kərimi nazil etmişdir ki, biz insan olaq, Allaha laiqli bəndə olaq və Allah da bizi vəd olunmuş cənnətə daxil etsin.
         Bunların hamısı ümumi olaraq insana aiddir.  Ancaq insanların seçimi və istəkləri fərqlidir. Kimisi dünyanı istəyir, dünyanın naz-nemətlərini qazanmaq üçün çalışır, cəhd eləyir. Baxmayaraq ki, Allah Qurani-Kərimdə buyurub:

“Bu dünya sizin üçün oyun oyuncaq yaradılmışdır”    

Dünya fanidir, Allah isə bizi əbədiyyətə dəvət edir. İmam Əli (ə) bu dünya barəsində belə buyurmuşdur :  “Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də aşağı və dəyərsizdir”.   
Bu cür dahi şəxslərin, Hz. Peyğəmbərin (sas) insanlar üçün qoyduğu missiyanı yaşatmaq üçün, diri saxlamaq üçün, canından keçməyə razı olan şəxslərin kəlamlarına məhəl qoymayaraq, insanlıq içində bəzi müsəlmanlar da daxil olmaqla, bu zalım və haqsızlıqla dolu olan dünyanı seçirlər.
   Bəli, insan öz seçimində tam azaddır. Ancaq insana seçim haqqı verilib. Buna görə də, qiyamət günü, Allahu Təala insandan onun seçimi barədə soruşacaq, insan hər bir şey barəsində sorğu sual olunacaq.
   İnsanın seçimi də onun düşüncəsindən irəli gəlir. Düşüncə də insanın aldığı məlumatlardan, oxuduğu kitablardan, şahid olduğu hadisələrdən yaranır. Təbii ki, hər bir insanın özünə məxsus bir düşüncəsi var. Düşüncəsiz insan ola da bilməz. Düşünmək gözəldir. Düşünmək yalnız insana xas olan xüsusiyyətdir və yalnız düşüncə vasitəsi ilə insan səadətə çata bilər, yalnız düşüncə ilə insan iman əldə edə bilər və həyatda istiqamətini müəyyənləşdirə bilər. İnsan həyatında düzgün istiqaməti seçmək üçün, əvvəl gərək öz düşüncəsinə düzgün istiqamət versin. Yəni, bu istiqaməti artıq Allahu Təala insanı yaradan zaman vermişdir. Yuxarıda qeyd elədiyimiz ayəyə fikir versək :  “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”, görərik ki, bu Allahın insana verdiyi istiqamətdir. Biz isə bir insan olaraq, Allahın “şah əsəri” (Mustafa İslamoğlu) olaraq, bir müsəlman olaraq bu istiqaməti öz zehnimizdə canlandırmalı və həyatımızda tətbiq etməliyik. Bu istiqaməti biz inkişaf etdirməliyik və yaymalıyıq.


ALLAH BİZİ HAQQI QƏBUL EDİB, HAQQI YAŞADANLARDAN, ONA TABE OLUB ƏMƏL EDƏNLƏRDƏN VƏ LAYİQLİ BƏNDƏLƏRDƏN QƏRAR VERSİN.   AMİN!         
(AKRAM RUSTAMOV)

суббота, 24 декабря 2011 г.

INSANI HƏYATIN MAHİYYƏTİ

Həyatın mahiyyəti haqqında zamanımıza qədər çoxlu fikir və mulahizələr irəli sürülmüşdür.Hər bir ideoloji və fəlsəfi məktəb həyat haqqında öz anlayışı çərçivəsində nəzərlərini  vermişlər.Lakin bu məktəb və cərayanların heç biri həyatın mənasını tam açıqlaya bilməmişdir. Oların həyat haqqında yürütdükləri  nəzəriyyələrin hər biri həyatın bir yönünü bəyan etmişdir.Məktəblərin əksəriyyəti həyatı yalniz bioloji çərçivədə anlamış,həyatı olan varlıq dedikdə yalnız canlı olaraq hərəkət edən bir varlıq kimi düşünmüşlər.Əyər biz ilahi vəhyə soykənən məktəblərə diqqətimizi yönəltsək,orada həyatın daha geniş anlam daşıdıgını görər,bütün varlıq aləmini əhatə etdiyini anlayarıq.Həyat haqqında Quranın görüşü budur ki,həyat bütün varlıq aləmini əhatə etmişdir.Yəni vucuda gələn hər bir varlıgın özünəməxsus bir həyatı vardır.Umumiyyətlə Quran həyatın dogulması və vucuda gəlməsini bəyan etməkdədir.Qurana görə həyat da yoxluqdan dogmuşdur və yoxluqdan vucuda gələn hər bir şey də öz istedadı çərçivəsində var olan həyatdan bəhrələnmişdir.Beləliklə, HƏYATA SAHİB OLMAYAN heç bir varlıq mövcud deyildir.Allah müqəddəs kitabı Quranda ölum və həyatın hər ikisinin yaradılmış oldugunu işarə edərək buyrurur:"O,gözəl davranacagını sınaqdan keçirtmək üçün ölümü və həyatı yaratdı"(mülk 2).Buradan görürük ki, hər bir varlıgın həyatı və onun ziddi olan ölümü vardır.Amma ölum yoxluq deyildir.Çünki, hər ikisi yoxluqdan vucuda gəlmişdir.Buradan aydınlaşır ki quran həyat kəlməsini işlətdikdə bioloji can və ruh deyil,daha geniş məna qəsd edir.Amma boliji cana malik olan varlıqları izah edərkən başqa kəlmədən istifadə edir.Bioloji can dedikdə bəzi varlıqların özünə məxsus həyatı nəzərdə tutulur.Onlar öz yaranışı, inkişafı və çoxalması ilə başqa varlıqlardan kəskin şəkildə fərqlənir və fərqli bir yol qət edirlər.Bioloji canlılar  həmin  bihüceyrəli və çoxhücüyrəli yaşam tərzinə sahib olan varlıqlardır ki,bu da onlara məxsus bir həyat növünün təzahür olmasıdır.Bu həyat tərzinə başqa bir istilahla nəbati və heyvani həyat tərzi də deyilir ki,"cəmadat" adlanan mövcudatın həyat yolundan fərqli olaraq,daha dinamik və təkamulə meyilli bir həyat növünə malikdirlər.Günun elmi istilahında bu həyat növünə canlı orqanizmlər deyilir.Bu gün həyatın mahiyyətini araşdıran elm ,həyatı yalnız həmin canlı orqanizmlərlə məhdudlaşdırır.Bu elm insanı da həmin canlı orqanizmlərin bir növü kimi dəyərləndirdiyi üçün, insan həyatını da həmin həyatla nəhayətləndirir.Lakin metafizik dünyagörüşə görə həyatı belə dar çərçivədə düşünmək düzgün deyil.Baxmayaraq ki canlı həyat da ümumi həyatın bir hissəsidir.
Metafizik dünyagörüşün mənbəyi hesab olunan vəhy məktəbi canlı həayatı ümumi həyatın bir parçası hesab edərək,nəbati və heyvani həyatın mahiyyətini bəyan edərkən özünəməxsus istilahlardan istifadə etmişdir.Quranin istifadə etdiyi terminlərdən ən mühümmü"dabbə"(hərəkət edən canlı)kəlməsidir."dabbə" kəlməsi ilə quran ,sürünən, ayaq ustə gəzən və havada uçan butun canlıları ifadə etmişdir.Çünki QURAN bu canlıların həm yerdə həmdə səmada mövcud olduqlarını bildirir.Bir qədər də dərinə getsək "dabbə" kəlməsi ilə bürün birhuceyrəli və çoxhüceyrəli varlıqlar nəzərdə tutulur.
Allah bu həqiqəti ecazkar bir şəkildə şura surəsində belə açiqlayır:"Göyləri və yeri və oralarda yayıb səpələdiyi   canlıları(dabbə)yaratması onun qüdrət nişanələrindəndir.Allah istədiyi vaxt onları bir yerə yıgmaga qadirdir"
(şura 29).
Bunula ALLAH canlı orqanizmlərin yalnız yerdə deyil səmada da mövcud olduqlarını açıqca bildirmişdir.Lakin quranda səma kəlməsi muxtəlif anlamlarda işləniyi üçün, çox güman ki,burada məqsəd yer kürəsini əhatə etmiş hava təbəqəsidir.Quran bu ecazkar ayəsi ilə "dabbə"nin , yəni canlı orqanizmlərin havada da mövcud olduqlarını təsdiq etmiş olur ki ,eyni zaman bu bir elmi kəşfin əsrlər öncə bildirilməsidir.Quranın bu izahatı eynilə insana da aid olur. Çünki insan bioloji cəhətdən heyvandan fərqlənmir.Bioloji həyatın qanun və şərtləri heyvana şamil odugu kimi insana da şamil olur.Yəni quran ifadəsi ilə desək insan da bir "dabbə"dir.Bu anlamda insanın həyatı ilə heyvanın həyatı mahiyyət etibarı ilə eyniləşir.Quran başqa bir ayəsində bütün "dabbə"lərin sudan xəlq olunduqlarını bildirir,bunların bəzisinin sürünərək, bəzisinin  dörd ayaq üzərində yeriyərək,bəzilərinin də iki ayaq uzərində hərəkətdə olduqlarını söyləyir.O cümlədən insan da iki ayagı üzərində yeriyən düz qamətli bir dabbədir.İnsan yerimə, qidalanma,törəyib-çoxalma,ləzzət və əzab çəkmə və istirahət etmə kimi ümumi şətlər içərisində,kiçik fərqləri nəzərə almaqla,həyatda heyvanla eynidir.İnsan bir cəhətinə görə heyvanla müştərək,digər bir yönünə görə isə insanla heyvan bitki aləmi ilə müştərəkdir.Çünki bu üç varlıqda hərəkət,yetkinlik və inkişaf oxşar qanunlar çərçivəsində baş tutur.
Allah bitkinin toxumunda olan hərəkəti həyat kimi dəyərləndirərək,cəmadatdan fərqləndirir.ƏNAM surəsinin 95-ci ayəsində Allah bu həqiqəti belə bəyan edir:"Şübhəsiz ki,toxumu da ,çərdəyi də çatladan,ölüdən diri,diridən də ölü çıxardan Allahdır.Budur ALLAH!Axı siz ondan necə döndərilirsiniz?
Bu ayə bitki aləminin özünəməxsus cəhətinə işarə edir.Burada toxum yetkinlik halına çatması ilə həyat qazanır.Bitkinin yetkinlik halı çırdək halına nisbətdə həyat qazanmasıdır.Onun çərdəkdəki halı isə yetkinlik halına nisbətdə ölü vəziyyətdədir.Deməli bitki çərdəyində onun həyat istedadı qoyulmuşdur.Lakin toxumlar bitkiyə nisbətdə ölü olsalar da onlar da vucudları mərhələlərində məxsus bir həyata malikdirlər.TOXUM mərhələsindən bir qədər də aşagı endikdə cansız bir aləm ilə üzləşirik.Cansız aləm sadaladıgımız bu üç(bitki,heyvan,insan) varlıga nisbətdə tam mənası ilə ölmüş hesab olunur.Lakin cansız hesab etdiyimiz varlıqların da öz həyatı vardır.Bu Allahın varlıqlara yoxluqlarına nisbətdə onlara bəxş etdiyi bir nemətdir.Bəs bütün varlıgı öz əhatəsinə almış həyat nədir?Quran ayələri üzərində təfəkkür etdikdə və saglam əqli dəlillərə söykəndikdə hyat haqqında yeni düşüncələrimiz parlayır.Umumi olaraq belə bir nəticəyə gəlmək olar ki həyat butun varlıq aləminə verilmiş olan bir idrak və anlayışdır.həyat anlamaq deməkdir ,yaradılışından xəbərdar olmaq deməkdir.Yaradicıya möhtac və bəndə olmagını bilməkdir.Bu ANLAMDA BÜTÜN VARLIQLAR MÜŞTƏRƏKDİR.Çünki həyatı olmayan bir varlıq hərəkət edə bilməz ,yaradıcıya tərif və təsbih deyə bilməz.Halbu ki, Quran bütün varlıqların təsbih dediyini və Allaha qul oldugunu söyləyir.Allah hədid surəsində belə buyurur:"Göylərdə və yerdə nə varsa Allahı təsbih edib şəninə təriflər söyləyir.O yenilməz qüvvət ,hikmət sahibidir!Göylərin və yerin hökmü onun əlindədir.Həyat verən də öldürən də odur.O ,hər şeyə qadirdir."!
Bu ayədən aydın olaraq bilirik ki,hər bir mövcud həyata malikdir və özlərinin mövcud olduqlarını bilirlər.Deməli həyat umumi bir həqiqətdir ki, hər bir varlıq ondan öz vucud mərhələsində  yararlanmışdır.
Lakin varlıqlar içərisində insan üçün həyatın daha mükəmməl bir mənası vardır.Yəni insan üçün həysatın ikinci əhəmiyyətli bir mənbəyi vardır.İnsan bu həyat mənbəyoindən yararlanmadıqca heç vaxt həqiqi insani bir həyata sahib ola bilmıəz.Bu həyata sahib olmadıqca insan heyvani həyat mərhələsində qalacaq ,yalnız heyvani həyatın özəlliklərindən faydalana biləcək.İnsanın bu həyata sahib olması heyvahi həyat mərhələsindən fərqli olaraq öz iradə və seçiminə baglıdır.Lakin bioloji və heyvahi həyat isə cəbri və qeyri-iradi bir şeydir.Quran öz bəyanatlarında daha çox insanı insan edən ikinci həyat mənbəyindən bəhs edir.İnsana yeni bir həyat verən ,onu sanki yenindən dünyayə bəxş edən həyat iman həyatıdır.İman və təslimiyyət insan vucudunda yeni həyat işartılarını əmələ gətirir və insanı yenidən inşa edir.İman və islama gəlmək yeni bir həyata və dünyayə dogmaq deməkdir.İman həyatı ,həyatın ən mükəmməl və tamamlanmış formasıdır.İman həyatı insana elə bir dirilik bəxş edər ki,digər həyatlar ona nisbətdə "ölü" hesab olunar.Bu həqiqətı quran məxsus bir ecazkarlıqla belə bəyan edir:"Ey iman gətirənlər!Peygəmbər sizi,sizlərə həyat verəcək bir şeyə dəvət etdiyi zaman Allah və onun peygəmbərinin dəvətini qəbul edin".
Gördüyümüz kimi Allah özünün və peyğəmbərinin dəvətinə tabeçiliyi həyat kimi dəyərləndirir.Peyğəmbərin də səslədiyi həyat iman və təslimiyyət ruhudur.Niyə Quranda iman təslimiyyət həyat kimi  qiymətləndirilmişdir?Çünki iman və təslimiyyət yeni bir idrak və şüur verməkdədir.Bu idrak və şüur içərisində insan üçün yeni bir həyat nizamı,yeni bir dəyərlər məcmusu meydana gəlir.Bu həqiqətlər insan üçün yeni bir dünya və dünya içərisində yeni bir həyat tərzi formalaşdırır.Belə bir həyata sahib olduqdan sonra bundan qabaqkı həyat mərhələsi, ölü mərhələ, insan isə mənəvi vucud etibarı ilə ölmüş insan hesab olunur.Lakin bu həyat mərhələsi insan yaradılarkən fitrətində,toxumunda istedad halında qoyulmuşdur.Yəni insan həmişə heyvani həyat içərisində insani həyatı toxum etibarı ilə yaşadır.Amma nə qədər ki,bu toxum halında qalaraq cücərməyəcəksə insan da ölü olaraq qalacaqdır.
Deməli insan ilk olaraq heyvani bir həyatla dünyayə gəlir.Bu dünyayə gəldikdən sonra yeni bir həyata sahib olması ilə vəzifəlidir.İnsan bu vəzifəni gerçəkləşdirdiyi zaman heyvaniyyət mərhələsindən çixaraq insaniyyət mərhələsinə qədəm qoyur.Quran mənəvi həyatın zəmanətçisi olan Allah və rəsuluna itaəti gerçəkləşdirməyənləri"dabbə" olaraq tanıtdırir.Aşağıda qeyd olunan ayəyə diqqət edək:"EY İMAN GƏTİRƏNLƏR!Allah və rəsuluna itaət edin.Eşitdiyiniz halda ondan üz döndərməyin.Eşitmədikləri halda eşitdik deyənler kimi olmayın!Allah yanında canlıların (dabbələr)ən pisi dərk etməyən lallar və karlardır.
Diqqət edin QURAN Allaha və rəsuluna tabe olmayanları məzəmmət edərək"dabbə"adlandırır və onlara dərk etməyən lal və karlar deyə müraciət edir.baxmayaraq ki insan bioloji cəhətdən gözü və qulagı vardır,rəngləri görür və səsləri eşidir.Əslində Allah iman qulagının  karlıgı və iman gözünün korlugu oldugu üçün ,qulagı kar gözü kor canlı adlandırır.Quran umumiyyətlə bəzi ayələrində  kafirləri ALLAHA və quyamətə inanmayanları ölü adlandırır.Onlar bu dünyada insanların içində yaşayırlar,çünki,cismani bədənləri vardır.digər bir tərəfdən ölüdürlər,çünki mənəvi vucudlarını yaradan iman nuruna malik deyillər.
Allah digər bir ayəsində iman və saleh əməli ən pak gözəl bir həyat qələmə verərək buyurur:MÖMİN OLUB SALEH ƏMƏLLƏR EDƏN KİŞİ VƏ QADINA(PAK VƏ GÖZƏL) HƏYAT NƏSİB EDƏCƏK VƏ ETDİKLƏRİ YAXŞI ƏMƏLLƏRƏ GÖRƏ MÜKAFATLARINI VERƏCƏYİK".(nəhl 97)
Bu ayə ən gözəl və pak həyatın iman və təqva həyatının oldugunu göstərir.Deməli insan iman həyatına qədəm qoymadıqca həyatı xəbasət,çirkinlik və pisliklə dolu olacaq.Diqqət edin:əmanət,sədaqət,təvazö,dostluq,ixlas,ədalət,şükür,ülfət kimi mənəvi həyatın gözəlliklərini insan vucudunda yaradan yeganə amil iman nurudur.Beləliklə insani həyatın əsl mənbəyi iman və təslimiyyətdir.

понедельник, 28 ноября 2011 г.

IMAM ZEYNULABIDIN ƏLEYHISALAMIN HUQUQ RİSALƏSİ


Allah sənə rəhmət etsin; bil ki Allahı Təalanın sənin hər hərəkətində, duruşunda, getdiyin yerdə, üzvləri hərəkət etdirməyində və istifadə etdiyin alətlərdə səni əhatə etmiş haqqları vardır. Bu haqqlardan bəziləri bəzilərindən daha böyükdür. Allahın sənə vacib etdiyi, bütün haqqların əsası və digər haqqların da qaynaqlandığı ən böyük haqq ONun öz haqqıdır. Sonra Allahı Təala, başından ayağına qədər müxtəlif azaların üçün sənin üzərində haqq təyin etmişdir; gözün, qulağın, dilin, əlin, ayağın, qarının və fercin üçün sənə bəzi haqqlar fərz etmişdir. İşdə bütün işlər, yeddi dənə olan bu üzvlərlə edilməkdədir.

Yenə Allah (Azze və Celle) namazın, orucun, sədəqən, qurbanın və digər bütün əməllərin üçün sənə bəzi haqqlar vacib etmişdir. Daha sonra sıra, başqalarının sənin üzərində vacib olan haqqlarına gəlməkdədir. Bütün haqqlardan daha çox sənin üzərinə fərz olan haqq, öndərlərinin, sonra rəiyyetinin (əmrin altında olanların) və daha sonra da qohumlarının haqqlarıdır. İşdə bu haqqların hər birindən də digər haqqlar ayrılmaqdadır.

Öndərlərin sənin üzərində olan haqqları üç qisimdir: Üzərində haqqı hamısından daha çox fərz olan, qüdrətiylə səni idarə edən, sonra elmiylə səni öyrədən və daha sonra maddi varlığı vəsiləsiylə səni idarə edən kimsənin haqqıdır; hər idarəçi də öndərdir.

Rəiyyetinin sənin üzərində olan haqqları da üç qisimdir: Haqqı hər kəsdən daha çox vacib olan, hakimiyyətin altında olan kim­senin haqqıdır; sonra elminlə rəiyyetin olan kimsənin; çünki cahil, alimin rəiyyetidir və daha sonra qadın və kölələr kimi sahibliyinlə rəiyyetin olan kəslərin haqqlarıdır.

Qohumlarının sənin üzərində olan haqqları isə çox və qohumluq bağının yaxınlığı miqdarıncadır. Bütün haqqlardan daha çox üzərinə fərz olan haqq, ananın, sonra atanın, sonra övladının, sonra qardaşının və daha sonra yaxınlıq sırasıyla digər qohumlarının haqqlarıdır. Daha sonra sənə lütf edən əfəndinin, sonra lütfkarlığının çatdığı kölənin, sonra sənə bir yaxşılığı toxunanın, sonra müəzzinin (azan oxuyanın), sonra camaat imamının, sonra yoldaşının, sonra qonşunun, sonra dostunun, sonra ortağının, sonra malının, sonra borc verən olduğun adamın, sonra borclu olduğun kimsənin, sonra davranış etdiyin yoldaşının, sonra əleyhinə iddia açanın, sonra əleyhində iddia açdığın kimsənin, sonra səninlə müşavirə edənin, sonra müşavirədə oldugun kimsənin, sonra səndən nəsihət istəyənin, sonra sənə nəsihət verənin, sonra səndən böyük olanın, sonra səndən kiçik olanın, sonra səndən bir şey istəyənin, sonra bir şey istədiyin şəxsin, sonra, sözü və ya əməli ilə sənə pislik edənin , sonra, sözü və ya əməliylə səni məmnun edənin, sonra bütün dindaşlarının və daha sonra zimme əhlinin haqqlarıdır; daha sonra da müxtəlif vəziyyət və səbəblərin tələb etdiyi miqdardakı olan haqqlardır.

Nə xoşbəxt üzərinə fərz qılınan haqqları əda etmək üçün Allahın köməkdə olub tofiq və istiqamət bağışladığı kimsəyə.

1- Uca Allahın sənin üzərində olan haqqı, ONA tapınmağın və ONA heç bir şeyi ortaq qoşmamağındır. İxlasla bu işi etdiyində Allah, dünya və axirət işlərində sənə kafi olmağı və dünyada sevdiyin şeyi sənin üçün qorumağı təəhhüd edər.

2- Öz üzərində olan öz haqqın isə, bədənini tamımıyla Allahın itaətinə verməyin, dilinin, qulağının, gözünün, əlinin, ayağının, qarınının və fercinin haqqını əda etməyin və bu yolda Allahdan kömək diləməyindir.

3- Dilin (sənin üzərində olan) haqqı, onu çirkin sözdən qoruyub gözəl sözə adət etdirməyin, ədəbə riayət etməyə məcbur etməyin, ehtiyac olan yerlər, din və dünya mənfəətləri xaricində onu istifadə etməməyin,  çox az faydası olmasıyla birlikdə zərərli və faydasız olan, çirkin və boş sözlərdən uzaqlaşdırmağındır. Nəhayət dil ağılın şahidi və onun nişanesi olub ağıllının öz ağılıyla bəzənməsi də, dili xüsusundakı doğru rəftarıyladır. Güc ancaq əzəmət sahibi uca Allahdandır.

4- Qulağın (sənin üzərində olan) haqqı, qəlbində xeyr icad edən və ya gözəl xasiyyət qazandıran qiymətli sözdən başqa heç bir şey üçün onu qəlbinə bir yol qərar etməməyindir. Çünki qulaq sözün ürəyə girəcək olan qapısıdır; xeyr və, şər ehtiva edən müxtəlif mənaları ona (ürəyə) çatdırmaqdadır. Qüvvət ancaq Allahdandır.

5- Gözün (sənin üzərində olan) haqqı, halal olmayan şeyə onu bağlamağın və ibrət götürüləcək, bəsirət qazandığın və elm əldə etdiyin yerlər xaric, onu istifadə etməməyindir. Çünki göz ibrət götürmə qapısıdır.

6- Ayaqların (sənin üzərində olan) haqqı, onlarla sənə halal olmayana doğru getməməyin və qət edənlərini hörmətdən salan bir yolda onları istifadə etməməyindir. Çünki ayaq, səni daşıyan, din yoluna aparan bir vasitə və sənin üçün bir irəliləmə vəsiləsidir. Qüvvət ancaq Allahdandır..

7- Əlin (sənin üzərində olan) haqqı, onu halal olmayan şeylərə doğru uzatmamağındır; uzatdığın təqdirdə axirətdə Allahın əzabına uğrayar və dünyada isə xalqın qınamasına məruz qalarsan. Allahın ona fərz etdiyi şeylərdə də onun önünü almamalısan. Əksinə, halal şeylərin çoxundan onu saxlamaq və ona fərz olmayan şeylərin (müstəhəblərin) tərəfinə uzatmaqla onu əziz etməlisən. İşdə o zaman, dünyada həddini bilib şərəf  qazanar və axirətdə də ona gözəl mükafat fərz olar.

8- Qarının (sənin üzərində olan) haqqı, onu haramın azına da, çoxuna da qab etməməyin, halalda ifrat və təfritdən çəkindirməyin, təqviyət həddindən zəiflik və şərəfin yox olması həddinə çıxarmamağın, aclıq və susuzluğu hiss etdiyində də ona hakim olmağındır. Çünki ağırlığa səbəb olacaq dərəcədə doymaq boşaldıcı, tənbəlləşdirici və hər xeyr və faydadan uzaqlaşdırıcıdır. İnsanı sərxoş edəcək dərəcədə su içməsi də ağılsızlaşdırıcı, cahilləşdirici və mürüvvəti aradan qaldırıcıdı haldır.

9- Fercin (tenasül orqanının) sənin üzərində olan haqqı, onu sənə halal olmayan şeylərdən qorumağın və gözü bağlamaqla onun kontroluna köməkçi olmağındır. Çünki gözü halal olmayan şeylərə bağlamaq, ölümü çox xatırlamaq və nəfsi Allahın əzabıyla təhdid edib qorxutmaq, onu qorumaq üçün ən yaxşı köməkçilərdəndir. Güc və Qüvvət ancaq Allahdandır.
Əməllərin Haqqları

10- Namazın (sənin üzərində olan) haqqı budur: Bilməlisən ki, namaz Allahın hüzurna çıxmaqdır; sən bu halda Allahın qarşısında dayanırsan. Bunu bildiyin təqdirdə, öz kiçikliyinin fərqində olan, ilahi nemətlərə meyl edən, qorxan, ümidli, miskin və yalvarıb yalvaran, sükunət halında başını və gözlərini önə tikib, qollarını sallayaraq, hüzurunda oldugu kimsəyə təzim edən, könülündə onunla gözəl münacat edən bir qulun mövqeyində olar, səhv və həlak edici günahlarla çevrilmiş olan bir qul kimi qurtuluşunu istəməyə layiq olarsan. Və qüvvət ancaq Allahdandır.

11- Orucun, sənin üzərində olan haqqı budur: Bilməlisən ki oruc, Allahın, səni cəhənnəm atəşindən qoruması üçün, dilinə, qulağına, gözünə, fərcinə, qarınına çəkdiyi bir pərdədir. Necə ki hədisdə də belə keçər: "Oruc  oda qarşı bir sipərdir." Əgər üzvlərin, o pərdənin arxasında sakin olsa (qorunsa), ümid edilər ki oddan məhfuz qalarsan. Əgər üzvlərinin pərdənin arxasında (və belə bir sığınacaqda) daşqınlıq göstərmələrinə və pərdənin açılmasına icazə versən, üzvlər öz həddlərini aşaraq, baxılması caiz olmayan şeyə şəhvətlə baxarlar; və güc və qüvvət də də Allaha itaət etmə yerinə başqa bir yerdə xərclənərlər, artıq o zaman pər­dənin cırılaraq bədənin çölə çıxmayacağına güvənmə. Və qüvvət ancaq Allahdandır.

12- Sədəqənin sənin üzərində olan haqqı budur: Bilməlisən ki sədəqə, sənin Rəbbinin qatındakı azuqənin və şahidə ehtiyacı olmayan əmanətindir. Bunu bildiyində, gizli verdiyin əmanətə, açıqda verdiyin əmanətdən daha əmin olacaqsan və aşkar etməkdə olduğun şeyi gizlicə Allaha əmanət verməyə daha çox ləyaqət qazanacaqsan. Hər vəziyyətdə bu iş səninlə ONun arasında bir sirr olmalıdır. Əsla Allaha əmanət verdiyin şeydə, qulaq və gözləri ONun əleyhinə şahid tutmayasan. Allaha əmanət vermədə qulaq və gözlərə daha çox etimad etmeyesən; və Allaha güvənməyən biri kimi davranmayasan. Daha sonra sədəqədə heç kimə minnət etməməlisən. Çünki o sənin özün üçündür (özün üçün yığdığın bir maldır). Onunla bir kim­səyə minnət etdiyində sənin vəziyyətinin də qarşı tərəfin vəziyyəti kimi pis olmayacağına güvənmə. Çünki minnət etməyin, onu özün üçün yığmadığına bir dəlildir. Əgər özün üçün yığmış olsaydın (o zaman) onunla bir kimsəyə minnət etməzdin . Və qüvvət ancaq Allahdandır.

13- Qurbanlığın sənin üzərində olan haqqı budur: Onunla məqsədini Allaha xalis etmən (xalis bir niyyətlə onu etməyin), rəhmətinə çatmağı və qəbul buyurmasını arzulaman və ONdan başqa digərlərinin diqqətini çəkməyi istəməməyindir. Belə olduğunda özünü məşəqqətə salmaz və riyakar olmazsan; və yalnız Allahı nəzərdə tutub ONA doğru yönələrsən. Bil ki, Allahın razılığına ka­vuşmanın yolu asandır, çətin deyil. Necə ki Allah da qulları üçün asanlığı istəmişdir, məşəqqəti deyil. Beləcə təvazökarlıq da sənin üçün, ağalıq etməkdən daha yaxşıdır. Çünki ağalığın çətinlik və xərci də çoxdur. Amma təvazö və təvazökarlığın nə zəhməti vardır və nə də xərci. Çünki bunlar yaradılışdan insanın təbiətində mövcud olan şeylərdir. Və qüvvət ancaq Allahdandır.
Öndərlərin Haqqları

14- Sənə öndərlik edən idarəçinin sənin üzərində olan haqqı budur: Bilməlisən ki, Allah səni ona bir imtahan vəsiləsi etmişdir; sənə olan hakimiyyətindən ötəri də imtahana təbii/tabe tutulacaq. Xalisanə bir şəkildə onun xeyirini istəməlisən. Sulta və iqtidarını nəzərə al/götürüb ona qarşı mübarizə etməməlisən. Çünki bu iş, həm sənin həlak olmağına səbəb olar, həm də onun. Təvazökarlıq və yumşaqlıqla, şərini özündən uzaqlaşdıracaq şəkildə və dininə zərəri toxunmayacaq dərəcədə onu razı etməlisən və bunu etmək üçün də Allahdan (onu rədd etməyə) kömək diləməlisən. Ona qarşı lovğalanma və mübarizəyə də cəhd etmə. Əks halda ona üsyankarlıq etmiş olarsan və özünə əziyyət edib özünü onun çirkin davranışına məruz buraxar və onu da həlak olmağa göndərərsən. (Nəticədə) onunla öz əleyhinə köməkləşdiyin kimi, sənə qarşı edəcəyi zülmdə də ona ortaq olarsan. Və qüvvət ancaq Allahdandır.

15- Elmiylə səni öyrədən ustadın sənin üzərindəki olan haqqı: Ona təzim etmən, məclisini möhtərəm (və qənimət) saymağın, sözlərini yaxşıca dinləyib ona diqqət yetirməyin, öz cəhalətini aradan qaldırmaqda və öyrənməyə möhtac olduğun elmi əldə etmədə müəlliminə köməkdə olmagındır. Belə ki, ondan istifadə etmək üçün ağılını hər cür məşğuliyyətdən təmizləyərək zehinini yığışdırmalısan və ləzzətləri tərk edib şəhvətləri azaltmaqla ürəyini təmizləyib gözünü cilalamalısan. Bunu da bilməlisən ki, sənə öyrətdiyi şeylərdə, qarşılaşdığın hər cahilə, ustadın mesajını yaxşıca çatdırmaq üçün onun elçisisən. Elə isə bu risaləti boynuna götürdüyündə, bu vəzifəni yerinə yetirməklə ona xəyanət etməməyin lazımdır. Güc və qüvvət ancaq Allahdandır.

16- Malikiyeti vəsiləsiylə səni idarə edən əfəndinin sənin üzərində olan haqqı, qüdrətiylə səni tərbiyə edib yetişdirən öndərin haqqı kimidir; (bu fərqlə ki) səni idarə edən əfəndinin malik olduğu şeyə, o malik deyil. (Buna görə) əfəndinin hər əmrinə, istər böyük olsun, istər kiçik itaət etməyin lazımdır. Amma əgər Allahın haqqını əda etməkdə, Allahın və xalqın haqqlarını yerinə yetirməyinə mane olsa, o zaman əvvəlcə Allahın və xalqın haqqını yerinə yetirərsən və daha sonra da onun haqqını əda etməyə qoyularsan. Güc və qüvvət ancaq Allahdandır.
Raiyyetin Haqqları

17- Hakimiyyətin altında olan kəslərin sənin üzərində olan haqqları bunlardır: Bilməlisən ki, sən gücünün çox olması vasitəsi ilə onları rəiyyet etmisən (əlinin altına keçirmisən). Onları sənə rəiyyet edən (yalnız) onların zəiflik və gücsüzlükləri olmuşdur. Zəiflik və zillətləri özlərinə kafi gələn, hətta onları sənin əlinin altına soxan, hökmünü onlara etibarlı edən və sözündən çıxmağa qüdrətləri olmayan və sənin bir əmrini ağır və çətin gördüyündə də Allahdan başqa köməkçisi olmayan kəslər, (sənin) şəfqət, himayə və helminə nə qədər də layiqdirlər. Allahın sənə verdiyi suverenlik vəsiləsi olan bu izzət və qüdrəti tanıdıgında da ONA şükr etməyin sənin üçün nə qədər yaxshıdır. Kim Allaha şükr etsə, Allah ona verdiyi nemətini çoxaldar. Qüvvət ancaq Allahdandır.

18- Elmin üçün sənə tabe olan kimsənin (şagirdin) sənin üzərindəki  haqqı budur: Bilməlisən ki, Allahın sənə elm verməsi və səni hikmət xəzinələrinə sahib etməsi onlara xidmət etməyin üçündür. Əgər Allahın səni sahib etdiyi (uhdene buraxdığı) şeylərdə, vəzifəni gözəl edər və onlar üçün, kölələri haqqında əfəndisinin xeyirini istəyib bir ehtiyac sahibini gördüyündə əlindəki maldan ona verən səbirli bir xəzinədar kimi olsan, doğru yolu tapar və buna ümid edən və inanan bir kimsə olarsan. Əks halda xəyanətkar və Allahın varlıqlarına zülm edən biri olub ONun sənə verdiyi izzətini səndən almasına məruz qalarsan.

19- Evlənməklə rəiyyetin olan kimsənin sənin üzərindəki haqqı budur: Bilməlisən ki, Allah onu (sənin üçün) bir sükunət, hüzur, üns və qoruma vəsiləsi etmişdir. Yenə sizlərin hər biriniz yoldaşı üçün Allaha həmd etməlidir və bilməlidir ki, bu (evlilik), Allahdan ona verilən bir nemətdir və Allahın nemətinə yaxşı davranıb ona ikram etməsi və yumşaqlıq göstərməsi lazımdır. Hərçənd sənin, onun üzərində olan haqqın daha çox və Allaha qarşı günah işləmək xaricində sevdiyi və ya sevmədiyi (hər) şeydə sənə itaət etməsi daha lazımdır.

Onun da sənin üzərində olan haqqı: Ona qarşı mərhəmətli davranmaq, və səmimi olmaq, ona hüzur bağışlamaq və lazım olan zövq və ləzzətləri təmin etməkdir. İşdə bu böyük bir haqqdır. Qüvvət ancaq Allahdandır.

20- Sahib olduğun kölə və nökərin sənin üzərindəki haqqı budur: Bilməlisən ki o, Rəbbinin yaratdığı bir quldur; səninlə eyni bədən və qandandır (ət, qan və bədən quruluşu baxımından heç bir fərqiniz yoxdur, eyni kökdənsiniz). Sən onun malikisən, (amma) onun yaradıcısı, ona qulaq, göz və ruzi verən sən deyilsən. Bunları Allah yaratmış və daha sonra onu sənin əmrinə vermiş, səni ona əmin etmiş, onu qorumağın, Allahın göstərdiyi yol üzrə ona davranmağın, yediyindən ona yedirməyin, geydiyindən ona geydirməyin və gücü çatmadığı bir işi ona yükləməməyin üçün onu sənə əmanət vermişdir. Onu sevməzsənsə Allahın əmri üzrə ondan uzaqlaşarsan və bir başqasını alarsan; və ona işgəncə etməzsən. Qüvvət ancaq Allahdandır.
(BÜTÜN MÜSƏLMANLARIN OXUYUB İBRƏT GÖTÜRMƏSİ ÇOX ÖNƏMLİ OLAN BİR NESİHET!)

пятница, 25 ноября 2011 г.

MƏSUMLUQ HAQQINDA BİR SUALIN CAVABI



 Sual:

    Günahsızlıq, hər növ günah, səhv və sapma qarşısında insanı qoruyan gizli bir gücdür. Buna görə, belə bir gücə sahib olan şəxslər günah işləməyə gücləri çatmaz. Bu gerçəyi nəzərə aldıgımızda görəsən onların günahsız oluşları, onlar üçün bir üstünlük ölçüsü sayılarmı?

 Cavab:

    Peyğəmbərlərin günaha qarşı günahsız oluşları, qətiliklə iradə və ixtiyar xaricində reallaşan bir günahsızlıq deyil. Əksinə, onların günahdan qorunmaları tamamilə iradi və ixtiyari bir vəziyyətdir. Bunun qaynağı da elm və imandır.

 İzah:

    Ağıllı bir kimsə, içilməsiylə insanın ölümünə səbəb olan zəhəri içmək və ya təmas etməklə insanı qurudub qapqara edən elektrikin çılpaq kabelinə toxunmaq və ya cüzam və vərəm xəstəliyinə tutulan bir kimsənin artıq qalan yeməyini yeməkdən qaçınar və əsla bu işləri etməz. Yəni bu işlərə qarşı günahsızdır; nə bahasına olursa olsun, bu cür işləri etməz və bunları etməsi normal olaraq qeyri-mümkündür.

    İnsanın bu vəziyyətinin səbəbi isə, bu növ işlərin doğurduğu nəticələr göz qarşısında canlandırdığı zaman, insanın bu işlərin nəticələrinin pisliyinə olan şüurudur. Buna görə bu işlərə təşəbbüs göstərməyi ağılının ucundan belə keçirməz.

Peyğəmbər və Əhli Beyt İmamlarının haramları işləməmək xüsusundakı məsumiyətləri
 də yuxarıdakı nümunələrdə ifadə edilən və normal həyatda hər kəsin anlaya bildiyi təhlükəli və pis işlərə qarşı məsumiyətinə bənzər.



    Bəzi kəslərin yetim və yoxsulların mallarını yeməkdən belə çəkinmədiyini, bəzilərinin isə bir qəpik haram yeməkdən belə qaçındığını görməkdəyik. Niyə birincisi, yetim və kasıbların mallarına təvasızcasına əl uzada bilir, amma o birisi haram olan ən kiçik qənaətdən belə çəkinir? Bunun səbəbi budur: Birinci şəxs, bu növ zülmlərin pis nəticələrinə haqqın tərəfindən vəqif deyil və ya inancı zəifdir və maddiyyətə düşkünlük onun qəlb gözünü elə korlaşmışdır ki, artıq bu əməllərin pis nəticələrini görə bilməməkdədir. Amma ikinci şəxs, bu günahların nəticələrinə elə inanmış ki, yetimin malının hər bir parçası onun gözü qarşısında bir od parçasıyla bərabərdir və heç bir ağıllı insan da odu yeməyə təşəbbüs göstərməz. Çünki o adam, bu malların necə atəşə çevrildiyini elm və bəsirət gözüylə görməkdədir. Bu əsasa görə, bu növ əməllər qarşısında onda bir növ məsumiyət meydana gələr.

 Qurani Kərim, qızıl və gümüşü anbar edib onu Allah yolunda xərcləməyənlər haqqında belə buyurur:

"Bunların cəhənnəm atəşində qızdırılıb onların alınları, yanları və kürəkləri bunlarla dağlanılacağı gün; "İşdə bu özləriniz üçün yığdığınız sərvətdir. Artıq yığmaqda olduğunuz şeylərin əzabını dadın." (deyiləcək )."

    İşdə bəsirətə sahib olan kəslər, bu ayədə açıqlanan cəzanı bu dünyada öz gözləriylə görmüş kimi inanarlar; bu gerçəyi anladıqdan sonra bu əzaba düçar olmamaq üçün qətiliklə bu günahı işləməyə cürət etməzlər.

Əgər bir kimsə, bütün günahların cəzasına qarşı özündə belə bir hal hiss etsə, o zaman ilahi qəhr və cəzanı görmüş və yaşamış kimi olar və örtülərin gözlərinin qarşısından qalxmasının onun iman və etiqadlarında heç bir təsiri olmaz. Belə bir vəziyyətdə bu fərd, bütün günahlar qarşısında bir növ məsumiyət qazanmış olar və günah işləməyi ağılından belə keçirməz.

    Buna görə, bu xüsuslarda məsumiyət, əməllərin cəzasına olan qəti şüur və imanın doğurduğu bir nəticədir. Hər kəsin pis nəticələrinə inandığı bəzi işlərə qarşı bir növ məsumiyəti olduğu kimi, peyğəmbərlər də, Allahın haram etdiyi hər cür pis işin cəzasının qəti olduğuna iman etdiklərindən ötəri, insanı günaha aparan itaətsiz vərdiş və istəklərini tamamilə idarə altına almışlar və bir an da belə Allah tərəfindən təyin olunan sərhədləri aşmazlar. Bu vəziyyət, onların bütün günahlara qarşı günahsız olmasını təmin edər.

Bu şərhdən, peyğəmbərlər və onların günahsız vəsilərində olan günaha qarşı məsumiyətin, uca bir şüura söykənən ixtiyari bir hal olduğu, bu səbəbdən bu xüsusiyyəti daşıyan ilahi elçilər və onların vəsiləri üçün əhəmiyyətli bir üstünlük ölçüsü və fəzilət sayıldığı aydın olmuş oldu.