Əvvəlki bəhslərimizdə insanı Allah və din haqqında araşdırma aparmaga sövq etdirən amillər haqqında söhbət açdıq. Bizə məlum oldu ki, bəzi amillər və hisslər vardır ki, insanı bu sahədə tədqiqat aparmaga vadar edir.İndi isə dinin əsası hesab olunan Allahın varlıgı və tohidin isbat olunmasının mümkünlüyü haqqında olan dəlillər və sübutları nəzərdən keçirəcəyik.Əvvəlcə bilməyimiz lazımdır ki, Allahı tanımagımız neçə cəhətdən bizim üçün hasil olmalıdır.Allahı tanıma dərslərində biz bu müzakirəni əsasən iki cəhətdən aparacagıq. Birincisi: Allahı tanımaq, yəni onun var olmasını sübut edən qəti dəlillərə baş vurmaqla onun varlıgına özümüzdə və digər insanlarda qənaətbəxş və aydın dəlillər hasil etməkdir.
İkincisi, Allahı tanımaqda onun zatının yeganəliyini dərk edib, zatı ilə sifətlərinin bir olmasını, zatının həqiqətinin isə dərk olunmaz oldugunu qəti dəlillərlə isbat etməkdir.
Allaha mərifət hasil etmənin bu iki cəhətinin hər ikisi, müxtəlif mövzuları əhatə edir, coxlu əqli və elmi dəlillərə söykənir. Bizim üçün ilk olaraq kainatı yaradan birinin var olmasını sübuta yetirmək və zehinlərdə onun üçün qaneedici sübutlar göstərməkdir.
Bu cəhətdən biz, Allahı tanıma dərslərini bir neçə hissəyə ayıraraq , hər hissənin öz dəlillərini izah edəcəyik.
Beləliklə; Allahın var olmasına yetrişmə yollarını aşagıdakı qismlərə ayıra bilərik:
1.fitrət yolu.
2.Əqli və fəslsəfi yol və onun qismləri.
3.İrfani və qəlbi yol.
Allah tanımanın fitrət yolu.
İnsanı varlıq aləminin yaradıcısı olıduguna dogru səsləyən və hər an ona möhtac oldugunu ona xatırladan bir batini qərizə, meyl, hiss mövcuddur ki, dünyaya gəldiyi gündən , vəfat edənə qədər ondan ayrılmayacaq. Bu qərizə və meyil insanın agılından, düşüncəsindən,qazandıgı elm və kəsb etdiyi qabiliyyətlərdən asılı olmayaraq onun vucudunda var olan bhir duygudur.Bu duygu daimi olaraq insan içində onu rəbbinə dogru yonəldən və ondan yardım diləməyə sövq etdirən bir cazibədir. Ona görə də insanda olan bu cazibə və meyil onu heç bir hərəkətverici amil olmadan, allaha dogru çəkdiyi üçün, Allah tanımada ona fitri yol deyilir.
Bu fitri meyil və cazibə heç vaxt insandan ayrılmamaqla yanaşı, onu daxildən istiqamətləndirərək Allaha dogru yönəldir.Lakin, insanın bu duygu vasitəsi ilə daxildən Allaha dogru yönəlməsi , xarici amillərin təsiri və rolu olmadan baş verir.Yəni bu duygunun və cazibənin insan vücudunda yaranması , hər hansı bir təbligatın,tədris və təlimin, yaxud da təfəkkürün məhsulu deyil. Çünki, çoxsaylı müşahidələr bunun əksini sübut edərək göstərir ki, təfəkkür, təlim,təbligat və müvafiq mühütün olması kimi Allahı tanımaga dogru yönəldən amillər olmadan da insanlar bu hissin vasitəsi ilə yaradıcı bir qüvvənin varlıgına inanır və ona dogru yönəlirlər.Heç bir amil olmadan bu duygunun insan fitrətində dogması və insanı mütəmadi olaraq Allaha dogru çəkməsi , o duygunun doguşdan onda qoyulmuş bir ilahi lütf oldugunu bizə anlatmış olur.Bu hissin mənbəyi və insan vucudunda necə meydanə gəlməsi haqqında dərindən düşünsək , bizə aydın olar ki, əyər kainatı yaradan biri mövcud olmasa idi , insan fitrətində belə bir duygunun baş qaldırıb onu yaradıcı var deyə , Allaha dogru istuqamətləndirməsi mümkün olmazdı.
Əlavə olaraq onu da qeyd etməyimiz lazımdır ki , bu fitri duygu Allahın varlıgına ona görə dəlildir ki, əqidəsindən, millətindən , irqindən, cografiyasından , mədəniyyətindən asılı olmayaraq bütün insanların vücudunda müşahidə edilməkdədir.Lakin, bir məsələ həqiqətdir ki, bu fitri duygu və cazibə bütün insanlarda mövcud olsa da, müxtəlif mühit və cografiyalarda yaşayan insanlarda özünü fərqli şəkildə təzahür etdirir.Biz, bir mühitdə yaşayan insanlarda bu duygunun təsirinin güclü digər mühitdə yaşayan insanlarda isə zəif olaraq özünü göstərdiyini müşahidə edə bilərik. Bu duygu, müxtəlif amillərin təsiri ilə zəifləyə və öz təsirini müvəqqəti olaraq itirə bilər.Lakin, onun tamamilə sönərək vucudu tərk edib aradan getməsi müşahidə olunmamışdır və olması da mümkün deyildir.
(DADASH ƏLİBƏYLİ)
Комментариев нет:
Отправить комментарий