Allahın, kainatın xaliqi olmasını isbat etmək üçün əlimizdə olan ən möhkəm dəlillərdən biri və ən mühümmü nizam –intizam dəlilidir.Nizam deyildiyi zaman təbiət aləminə hakim olan ümumi qanunauygunluqlar nəzərdə tutulur ki, varlıq aləminin hər zərrəsini araşdırdıgımız zaman bunun şahidi oluruq. Başqa bir ifadə ilə desək, kainatda ən kiçik zərrə olan atomlar və onların daxili quruluşundan tutmuş ,ən böyük qalaktikalar sisteminə qədər , hər şeydə dəyişilməz qanunlar hakim olub onları idarə etməkdədir.Biz, təbiət aləminə hakim olan bu, dəyişməyən matematik qanunauygunluqlara, yaradıcının varlıgını qəti olaraq isbat edən nizam dəlili deyirik. Amma hər şeydən öncə, bu nizam dəlilinin Allahın varlıgına sübüt olmasının inkaredilməz və qənaətbəxş əsaslarını göstərməyimiz lazımdır ki, etiraz etməyə qalxan şəxslərin gətirdiyi dəlilləri rədd etmək üçün möhkəm bir vəsilə olsun. Ona görə də nizam dəlilini aydın izah etməkdən əvvəl bir neçə müqəddiməni qeyd etməli və onlara açıqlıq gətirməliyik:
Birincisi; kainatda həqiqətən ümumi qanunauygunluqlara tabe olan bir nizam mövcuddurmu?
İkincisi ;nizam-intizama tabe olan işlərlə nizamsız və pərakəndə olan işlərin bir-birindən fərqi varmı və bunlar hansı fərqlərdir?
Üçüncüsü; nizam-intizamın kainatda mövcud olmasını isbat etməklə Allahın varlıgını sübut etmək mümkündürmü?
Dördüncüsü;Niyə təsadüf nizamlı işlərin yaranmasına səbəb ola bilməz?.
Əvvəlcə kainatda ümumi qanunauygunluqlara tabe olan bir nizamın mövcud olmasını isbat edək.Varlıq aləmində vahid qanunauygunluqlara tabe olan bir nizamın isbatı , həm kainatdakı prosesləri müşahidə etməklə normal agıl sahibi olan hər bir şəxsə , həmdə kainatın əsrarəngizliklərini elmi araşdırmalarla ələ gətirən hər hansı bir alimə müyəssər olan bir işdir. Kainatda, nizamın olmasaını və bu nizamın vahid mərkəzə tabeçiliyini , isbat edən elə bariz nümunələr mövcuddur ki, onu təbiət elmlərinin dərinliklərini bilmədən də anlamaq mümkündür.
Çünki, o dəlillər hər bir agıl sahibinin anlayıb nəticə çıxara biləcəkləri aşkar dəlillərdir. Bunları müşahidə etmək üçün, insandan sadəcə olaraq aglını işlətməsi və qəflətə düşməməsi tələb olunur. Həqiqətdə, insana verilən agıl qüvvəsinin ilkin mərhələdə gördüyü iş də, nizamı dərk etmək və ondan ibrət vəsiləsi kimi istifadə etməkdir. Agıl qüvvəsi də bütün insanlara Allah tərəfindən lütf olara verilən bir nemət oldugu üçün, hər bir insan elmi dərəcəsindən asılı olmayaraq bu qabiliyyətə sahibdir.İnsanda ilahi lütf olan bu agıl qüvvəsi də, təbiətdəki hadisələri müşahidə etdiyi zaman ilk baxışdan nizamlı və planlı işləri ayird edə bilir.Çünki, agılın öz işləri də pərakəndə olmayıb məyyən nizama və plana baglı olan işlərdir. Müəyyən yetkinlik yaşına çatdıqdan sonra, insan agıl qüvvəsi ilə ətraf aləmi dərk etməyə başlayır.Bu zaman agıl, təbiət hadisələrini süzgəcdən keçirərək onlarda olan vahid nizamın və qanunauygunlugun əsərlərini müşahidə edir.Onun, varlıqlara hakim olan bu qanunu dərk etməsi, əslində insanın agıl sahibi olub öz işlərini də bu qüvvəyə görə müəyyən etməsinə görədir.Yəni insan özünün və başqa agıllı insanların işlərində müşahidə apararkən,həmin işlərdə,tərtib, ardıcıllıq,plan və dəqiqlik oldugunu aydın şəkildə görür. Məsələn; işlərin arasında fərq olmasında təcrübə aparan insan,inşaat işi ilə məşgul olan bir mühəndisin işinə nəzər yetirir.0, mühəndisin işində əvvəlcə, hazırlanmış bir plan və o plana əsasən tərtib və ardıcıllıqla görülən işləri müşahidə edir, sonra bunun nəticəsi olaraq son dərəcə nizama söykənən tərtibli bir binanın meydana gəlməsini görür.Bu binada, hər bir detal,inşaat üçün lazım olan material və maddələr, öncədən mühəndisin müəyyən etdiyi, dəqiq hesablamaya uygun olaraq işlədilmişdir. Bütün bunları gördükdən sonra insan, binanı tikən mühəndisin işini əvvəlcədən düşünülmüş olaraq bir plana və nizama uygun şəkildə gördüyünü anlayır və heç vaxt mühəndisin bu işləri plansız olaraq təsadüfən görə biləcəyini qəbul etmir.
Belə müşahidələri davam etdirən insan, hər hansı bir sənaye müəssisəsinin istehsal etdiyi bir maşını və yaxüd cihazı nəzərdən keçirir və onlarda son dərəcə dəqiqlik və yaradıcılıq incəlikərini görür.O, zaman insan istehsal olunmuş hər hansı bir cihazın detallarının əvvəlcədən hesablamaya uygun yaradıldıgını və digər detallara uygun formada düzəldildiyini dərk edir.Eyni zamanda insan bu cihazı istehsal edən müəssisənin də dəqiq bir plan əsasında, nizamlı bir struktura sahib olduguna görə belə mükəmməl bir cihaz ixrac edə bildiyinə əminlik hasil edir. Məsələn, hər hansı bir maşın zavodunun ixrac etdiyi və dəqiq nizama uygun hərəkət edən aftomobilin işini ,hər hansı bir kompyuter müəssisəsinin istehsal etdiyi bir kompyuterin heyrətamiz dəqiqliklə gördüyü işi nəzərdən keçirdiyimiz zaman, hansı agıl ,elm və qüdrətin işə düşərək bu belə bir nizamı yaratdıgının fərqinə varırıq. Saysız hesabsız ixtiralar üzərində aparılan müşahidələr nəticəsində ,agıllı insan dərk edir ki, öncədən bir plana söykənmədən və dəqiq hesab aparılmadan belə mükəmməl əşyaların istehsal olunması qeyri-mümkündür.
Daha sonra insan, buna oxşar müşahidələri, bəşərin iradəsindən asılı olmadan var olan, ondan qabaq mövcud olan və hal-hazırda hərəkətdə, inkişafda, təkamüldə olan təbiət aləmi üzərində davam etdirir. Bu zaman, insanın içində mövcud olan agıl qüvvəsi işə düşərək təbiətdəki tədbirli və hikmətli işlərlə insanın agılına söykənən işlər arasında bir uygunluq ortaya qoyur.
Əvvəlcə insan, varlıq aləminin ən ali əsəri olan insan vucudu üzərində müşahidələr aparır və onun gözünün önündə çox heyrətamiz dünya və ona hakim olan mükəmməl bir nizam aşkar olur.İnsan öz vucudunda işləyən hər bir sistemi, çox dəqiq hesablanmış və mükəmməl qanunauygunluqla işlədiyinin şahidi olur, bioloji vucudundakı həyatın funksiyalarının , öz ixtiyari həyatının işlərindən qat-qat dəqiq və məqsədəuygun olub ən kiçik fəaliyyətin belə səbəbsiz olmadıgının gerçəkliyini dərk edir.Bu zaman insan vucudundakı qeyri-iradi işlərin nizamlanmasının , ixtiyari işlərinin nizamından daha üstün və dəqiq tədbirə və əqli kontrola möhtac oldugunu başa düşür və iradəsinə tabe olan işlərdə bunun kimi dəqiq bir nizamın və tədbirin heç vaxt həyata keçə bilməyəcəyini anlayır. O, zaman cuzi əqli və elmi sayəsində başardıgı hikmətli və nizamlı işlərin bütün varlıgı və onun tədbirini əhatə edən ümumi elm ,qüdrət və agıl müqabilində çox kiçik bir şey oldugunu dərk edir. Deməli, insan dəqiq nizamın var olmasından, Xaliqin hikmət və elm sahib olan birinin olmasına əminliyi ilk olaraq öz vucudundan anlayır.Bu elə bir vucuddur ki, çox dəqiq riyazi qanunlarla işləyir , onda olan hər bir orqan , sistem bir-birinə uygun olan heyrətamiz bir tənasüblə yaradılmış ,vucudda olan müxtəlif hissələr və parçalar ümumi vəhdət halında təzahir etmişdır.Normal agılı olan hər bir şəxs ,anatomiya və fiziolgiya sahəsində dərin bilgilərə sahib olmasa və mikrobiologiyanın, huceyrələrin heyrətamiz qurluşundan bəhs edən elmi dəlillərindən xəbərdar olmasa da, insan vucuduna hakim olan bu nizamı dərk edə bilir.Çünki O, öz vucuduna aglının gözü ilə baxdıgı zaman hər bir orqanın ,digər orqana nisbətdə uygun yaradıldıgını, müəyyən bir ölçü içərisində oldugunu görür. İnsan vucudundakı zahiri orqanların ;göz, qulaq,əl-ayaq ,barmaqlar,dırnaqlar və tənasül orqanlarının necə də bədənin ümumi işinə uygun olaraq müəyyən bir ölçü ilə yaradıldıgını anlayır.Həqiqətən də insan zahiri əzalarının vucuddakı yerlərinə diqqətlə nəzər yetirərsə, çox böyük bir hikmətin və tədbirin müdaxiləsi olmadan bunun təsadüfən belə olmasını,qətiyyən qəbul edə bilmir.İnsanın vucudu və surəti təsəvvür oluna bilən bütün surətlər içərisində ən ideal və məqsədə uygun bir surətdir.Əyər var ola biləcək milyonlarla surətlər içərisində indi müşahidə etdiyimiz bu ideal surət həqiqətə çevrilmişdirsə , bunun təsadüfən belə oldugunu iddia etmək agılsızlıq və məsuliyyətdən qaçmaqdır.Əyər biz insan üçün hazırki ideal surətdən qeyri bir surət təsəvvür etsək və o vucudda gözlərin , əllərin və tənasül orqanlarının yerini dəyişsək necə eybəcər və nizamsız bir vucudla üz-üzə olarıq.
İnsan vucudunda əza və orqanların vucud daxilində bir-birinə uyugun xəlq olunduqları kimi xarici aləmə nisbətdə tam olaraq uygun və mütənasib yaradılmışdır.İnsan bu məsələ üzərində təfəkkür etdiyi zaman, varlıgının necə təbiətlə nizamlı bir əlaqəyə girdiyini, vucudunun təbiətin bir hissəsi oldugunu, bu hissənin də tamma tamamilə munasib olaraq fəaliyyət göstərdiyini inkarolunmaz bir şəkildə başa düşür.O, müşahidələri zamanı vücudu ilə təbiət aləmini baglayan möhkəm tellərin necə də dəqiq bir nizam içərisində olub, onunla uygunlaşmasından heyrətə gəlir.
Məsələn; insan vücudundakı ehtiyaclara diqqət edir, bədəninin daim hava, su və qidaya möhtac oldugunu görür. O zaman buna uygun bir tənəffüs və həz sisteminin nizamlı bir şəkildə vucudunda yerləşdirildiyini və dünyaya gəlməmişdən öncədə buna uygun hava və qida mühitinin yaradıldıgını açıqca müşahidə edir. İnsan, vucudundakı ehtiyacları qarşılayan hava su və qida mənbələrinin necə də öncədən planlanaraq uzun bir zaman üçün təyin olundugunun şahidi olur.Belə ibrətamiz dəlillər həddən artıq çoxdur və bunları normal agıla sahib olan hər bir kəsin dərk etməsi çətin bir iş deyildir, bunun üçün də təbiət elmlərinin dərinliklərinə yiyələnmək tələb olunmur.Bəli, əyər biri bu sahədə biliklərini dərinləşdirib daha ecazkar dəlillərə baş vurmaq isətəyərsə, bu elmlərə yiyələnib onların sirrlərinə vaqif ola bilər.Lakin kainatda ümumi bir nizamı dərk etmək və onu hikmətli xaliqin işi oldugunu anlamaq üçün , sadəcə saglam və qənaətbəxş agıla və düşüncəyə sahib olmaq kifayət edər.
İnsanı düşündürən və özünə məşgul edən belə nümunələr,insan vücudunda və təbiət aləmində saysız-hesabsızdır.Lakin bir-neçə nümunənin verilməsi, əslində bir material xarakteri daşıyır ki,agıl sahibi onların üzərində təfəkkür edib, digər nəhayətsiz nümunələrə keçid edə bilsin və ümumi nizam qanununu hamısına tətbiq edərək, nəticələr hasil etsin.
Beləliklə, saglam agıl və təfəkkür,təbiətdə olan hər hansı bir nizamlı sistemi gördükdə , onu insan aglı ilə planlanan işlərlə müqayisə edir,nəticədə təbiətdəki nizam və qanunauygunlugun daha dəqiq və mükəmməl oldugunu başa düşür.Bu zaman agıl, əldə etdiyi nəticəyə görə bu işlərin təsadüfü səbəblərə söykənərək əməl gəldiyinə inanmayaraq,elm və hikmət sahibi olan birinin nizamlı işi oldugunu təsdiq edir.
(Dadash Əlibəyli)
Комментариев нет:
Отправить комментарий