воскресенье, 1 марта 2015 г.

İslamda məhdəviyyət əqidəsi

Hər şeydən öncə bilməyimiz lazıdır ki , məhdəviyyət əqidəsi islamda, imamət əqidəsinin bir hissəsini təşkil edir.Ona görə də mehdiçilik  inancını düzgün və kamil bir şəkildə başa düşmək üçün , imamət əqidəsini tamm və dolgun şəkildə öyrənməyimiz lazımdır.İslam etiqadında imamətin yerini  və keyfiyyətini  dərk etmədən, mehdi əqidəsini də kamil bir şəkildə ələ gətirməyimiz mümkün olmayacaq.Çünki məhdəviyyət inancı islam əqidə usulunun müstəqil bir qanadı olmayıb,imamət əqidəsinin bir budagı halındadır və bilavasitə onun tamamlanması üçün , var olması zəruri olan bir məsələdir.İndi isə bilməyimiz lazımdır ki, niyə biz mehdiçilik əqidəsinə yiyələnməliyik və bu inanca sahib olmasaq hansı naqislik bizim etiqadımıza yol tapa bilər?                                                                                                                                                                                                  Kainatın xaliqi olan Allah-təala insanlıq üçün din olaraq islamı seçmiş və bütün göndərilmiş peygəmbərlər də bu dinin dəyərlərinin bəşəriyyətə hakim olması  üçün ardıcıl olaraq göndərilmişlər.Deməli din ilahi səfirlərin bəşəriyyətin həyatını ədalətli bir nizama salmaq üçün gətirdikləri qanunlar toplusudur.Din adalanan bu dəyərlər toplusunun bəşəriyyəti hidayət etmə baxımından müxtəlif cəhətləri vardır.Dinin bir silsilə dəyərləri vardır ki, bəşəriyyətin saglam inanc, əqidə və düşüncəsinin  formalaşmasına xidmət edir.Bunun içərisinə , bəşərin yaradıcıya olan düzgün etiqadı, yaradıcı ilə insanlıq arasında rabitə yaradan ilahi səfirlərə və kitablara olan dolgun əqidəsi ,axirət dünyası və digər zəruri məsələlərə  aid olan  inancı  daxil olur.Dinin digər dəyərlər sistemi də vardır ki, bura  insanın rəbbi qarşısında olan vəzifələri və huquqlarının bəyanı daxil olur.Bu qanunlar və huquqlar onun rəbbi qarşısında necə bir qul olmasını , hansı əxlaqi fəzilətlərə sahib olub ,hansı nəfsani rəzalətlərdən özünü paklamasını ona bəyan edir.
  Dinin bəşəriyyət üçün gətirdiyi çox önəmli digər bir özəlliyi də vardır ki,bu, onun dünya həyatının nizamının necə qurulması ilə əlaqəli olan yönüdür.Təbiidir ki, insan bu dünya həyatında yaşadıgı üçün, fərdi və ictimai həyatını kontrol edən bir nizama tabe olması lazımdır.Bu insanların toplum olaraq bir-birinə qarşı olan huquq və vəzifələrini anlaması,dünyəvi  münasibətlərində ədalət və inasfın qoruması  və buna riayət etməsi baxımından zəriridir.Ona görə də din, bəşəriyyət üçün seçilmiş ali bir dəyərlər  sistemi gətirdiyinə görə toplumun bu cəhətdən ehtiyacını mükəmməl olaraq qarşılama gücünə malikdır.İnsanın bu dünya həyatına əbəs yerə gəlməsinin düşünülməsi ,agılın hökmü ilə qeyri-mümkün olduguna görə,insanı yaradanın onu  müəyyən bir məqsəd üçün yaratdıgı danılmazdır. Buna görə də ,onun insana yaradılış qayəsi və məqsədini anlatması , yaradılış hikmətinin gərəkdirdiyi bir şeydir.Ümumi olaraq insanın həyatı , dünya və axirət mənzillərindən ibarət oldugu , bu iki həyatın da bir-biri ilə qırılmaz bir rabitəsinin oldugu üçün , mütləq ona bu dünyadakı həyatını necə qurmasını və hansı nizama tabe olmasını bəyan etməlidir.Elə ilahi səfirlərin göndərilməsinin hikmətlərindən biri də, bəşərə dünyada hansı qanunlar və dəyərlər sisteminə tabe olaraq yaşamasını onlara təlim etməkdir. Buna görə də belə əhəmiyyətli məslədə dinin laqeyid qalıb insan üçün heç nizam təqdim etməməsi  düşünülən bir şey deyildir. Çünki bu insanlıgın gələcəyi və aqibəti baxımından çox önəmlidir.Bəşəriyyətin peygəmbərlərin gətirdikləri dəyərlər sisteminə tabeçiliyi onun həyatının müxtəlif cəhətlərini əhatə edir.Toplumlar yer üzündə insanın yaradılmasından bu günə qədər,göndərilən bir peygəmbərsiz və yaxud sabit bir şəriətsiz olmadıgı üçün, əsrlər və minilliklər boyu , bu ilahi dəyərlər müəyyən dərcədə yaşanmış və bü gün də yaşanmaqdadır.Ona görə də, bu cəhətdən,  ilahi məqsədin qismən də olsa , həyata keçdiyini qəbul etmək olar.Çünki, hər peygəmbər dönəmində onun gətirdiyi qanunlara tabe olan insanlar olmuş və hər şəriətin də, öz zamanında qanunlarına tabe olaraq həyatlarını davam etdirən  toplumlar   var olmuşdur.
       Lakin, bəşəriyyət üçün ilahi dərgahdan müəyyən edilmiş həyat nizamı və əxlaqi dəyərlər sistemi  tam kamil bir şəkildə hələ də tətbiq edilə bilməmişdir.Deməli, insanlıq üçün ilahi qərəz və məqsəd hələ də həyata keçmiş deyildir.Buna baxmayaraq , peygəmbərlərin gətirdikləri şəriətlərdə, bunun həyata keçəcəyi bildirilmiş və həmişə ideya olaraq onların missiyasında mövcud olmuşdur.Əslində peygəmbərlərin silsiləvi olaraq göndərilməsinin də hikməti bundan ibarətdir.Peygəmbərlik tarixini izləsək , bir peygəmbərin dönəmi sona çatdıgında onu digərinin dönəminin izlədiyini görərik.Bəzən də bir neçə peygəmbər bir şəriət dövrünü tamamlamaq üçün ardıcıl göndərilirlər.Məsələn;Həzrət Musa (ə s) dan sonra gələn  bəni-israil  peygəmbərləri Onun şəriət dönəmini tamamlamaq üçün göndərilən elçilərdir və ayrıca bir şəriət də gətirməmişlər.Onları həqiqətdə HZ  Musanın şərətini diriltmək və tətbiq etmək üçün göndərilən səfirlər adlandırmaq olar.Deməli, Allahın din olaraq seçib bəyəndiyi qanunlar və dəyərlər toplusu əvvəlcədən kamil olaraq qəaralaşdırılmışdır.Lkin cəmiyyətə tətbiq edilməsi baxımından silsiləvari olaraq şəriətlər dönəmi şəklində göndərilmişdir ki, zaman-zaman bəşərin şüuruna və həyatına hakim olsun.Belə olmasaydı bir peygəmbərin sabit şəriətlə gəlməsi kifayət edər , silsiləvari şəriət dəyişikliklərinə də ehtiyac duyulmazdı.Beləliklə, bəzən bir peygəmbərin  şəriət dönəmi uzun müddət hakim olur, ondan sonra da çoxlu peygəmbərlərin gəlməsinə baxmayaraq , o şəriət dəyişilməz olaraq  qalır.Bunun hansı səbəblərdən dogmasını , hikmətinin nədən ibarət olmagını bilməyimiz lazımdır.Əslində bu məsələ saglam bir  əqli muhakimə ilə  yanaşsaq , bir peygəmbərin gətirdiyi şəriət  uzun bir zaman üçün sabit qalacaqsa , ondan sonra  peygəmbərlərin   göndərilməsinin zahirən bir mənası qalmır.Çünki onlar da eyni şəriətə dogru dəvət edirlər.Deməli,  burada  başqa səbəblər və hikmətlər də mövcuddur ki, onların zəruriliyi sonrakı peygəmbərlərin gəlişini vacib edir.Bu , ilahi qanunları ehtiva edən şəriətlərin sahibi olan peygəmbərlərin  məqam və keyfiyyətləri ilə baglı olan bir məsələdir.Şəriəti gətirən və onu cəmiyyətə tətbiq etməyə çalışan peygəmbər Allahın elçisi olmaqla yanaşı,bir sıra üstünlük və fəzilətlərə də yiyələnmiş olmalıdırlar.Bu fəzilətlərdən ən önəmlisi və vacib olanı onların ismət məqamına sahib olmalarının zəruri olmasıdır.İsmət məqamı peygəmbərlərə Allahın lütfü olaraq verilmiş ən böyük fəzilətdir ki, onunla günahdan , xətadan, səhvdən və şəriəti tətbiq etməkdə hər hansı bir yanlışlıqdan tamamilə uzaq olurlar.Çünki, şəriətin içinə aldıgı ilahi qanunlar toplusu , Allah tərəfindən insanlara nəql olunmaqda, xətaya ugramaqdan   qorunmasından daha çox , onların toplum içərisində səhvə yol verilmədən düzgün tətbiq edilməsinə ehtiyac vardır.Ona görə də qanunların kimin əlində və kontrolunda  olması  , onların saglam və dəyişilməz qalması üçün çox önəmlidir.Bu səbədən dolayı ilahi öhdəlikləri boyunlarına götürmüş şəxslər,Allah tərəfindən bu ismət məqamına seçilmiş olurlar.Belə olmasa idi şəriət sahibləri kiçik bir sapmanın nəticəsində , xətaya yol verər , şəriətin dəyişikliyə ugramasına və yaxud yanlış tətbiqinə səbəb olardı.Bunu anladıqdan sonra , sabit bir şəriətin uzun zaman  üçün tətbiq edilməsinə görə ardıcıl olaraq peygəmbərlərin göndərilməsinin hikməti bizə aydınlaşmış olur. Şəriətlərin tarixi keçmişinə nəzər yetirdikdə görürük ki,son olaraq peygəmbərlərin göndərilməsi, rəhmət peygəmbəri həzrəti Muhəmmədlə sona çatır və nübüvvətə xitam verilir.Sonuncu  peygəmbərin dönəmi bitdikdən sonra , nəbilik missiyası sona çatır və son dəyişməz bir şəriət, islam şəriəti və onun qanunlar toplusu bəşəriyyət üçün ölçü olaraq qərarlaşdırılır. Bu dönəmin dəyişməz olacagı və qiyamətə qədər sabit qalıb, ümumbəşəri bir missiya olacagı hardan anlaşılmalıdır.?Hər şeydən əvvəl bu şəriətin dəyərləini daşıyan kitabın necə bir kitab olmasını bilməyimiz lazımdır.Sonuncu  şəriəti  təmsil  edən  ilahi kitab, özündən əvvəlki  kitablardan fərqli olaraq,risalətin artıq kitab halında dəyişməz qalacagını bildirən müqəddəs  bir  mənbədir. Bu müqəddəs mənbə , heç vaxt  dəyişilməyəcəyini  bəyan etmiş, qiyamətə qədər də hökümlərinin yeganə qurtuluş mənbəyi   olacagını  bildirmişdir.Deməli , peygəmbərlik dönəminə xitam verilmişdir  və  Allahın qanunları bundan sonra yalnız  bu kitaba əsaslanaraq tətbiq edilməlidir.Artıq  bəşəriyyətin dünya və axzirət səadətini təmin edə biləcək ,  bütün   həqiqətlər  bu kitabda bəyan edilmişdir, yeni  kitaba və qanunlara ehtiyac qalmamamışdır. Bu, kitab demək olar ki, risalət yükünü öz içində daşımaqdadır , bəşərin də ehtiyac  duydugu , həyati  əhəmiyyətli  bütün dəyərləri , dəyişilmədən özündə qorudugunu  iddia etmişdir.Lakin bir kitabda dəyərlərin, qanunların  və hikmətlərin təhrif olunmadan qorunub saxlanılması, onların düzgün anlaşılaraq kamil bir şəkildə tətbiq edilməsi üçün kifayət deyildir. Bu kitab, nübüvvətin bir qayəsini , yəni  ilahi  vəhy və həqiqətlərin düzgün şəkildə alınıb  qorunmasını  təmin etsə də , onun digər qayəsi olan , düzgün anlaşılaraq cəmiyyətdə mükəmməl   bir formada  tətbiq olmasını öz öhdəsinə almamışdır. Elə bu səbəbə  görə, peygəmbərlərin  ilahi missiyasının Qurani-kərim tərəfindən  mükəmməl bir şəkildə çatdırılkıb tətbiq olundugunu  demək boş bir iddiadan başqa bir şey deyildir. Digər tərəfdən də Quran, bütün peygəmbərlərin   ümumi məqsədi olan,  ilahi hikmətlər və həqiqətləri  daşıdıgını   və bünların nəhayətdə kamil bir şəkildə bütün dünyada  həyata keçəcəyini aşkar iddia etməkdədir.Əyər həqiqətən də Quran iddia etdiyi hikmət , fəzilət və islahatlar bir zaman tam kamil olaraq dünyada həyata keçəcək və bəşəriyyət üçün əvəzolunmaz dəyərlərə çevriləcəksə, bunun necə baş verməsini də bilməyimiz çox vacibdir. Bu məsələnin üzərindən ötəri keçməyib, dərindən təfəkkür etməyimiz lazımdır. Əvvəldə qeyd etdiyimiz  kimi,  peygəmbərlərin məsumluq məqamına  sahib olması , ilahi vəhy və hikmətlərin təhrif olunmadan  və xətaya yol verilmədən toplumun həyatına tətbiq edilməsi üçündürsə, quranın həqiqətlərinin  və dəyərlərinin saglam tətbiq  edilməsi  isəmət  məqamına  sahib olmayan bir peygəmbər olmadan necə mümkün olacaq?
   Əyər,  peygəmbərlik  məqamının məsumiyyəti  tələb etməsi , ilahi kəlamların düzgün alınıb, səhvə yol verilmədən  həyata keçirilməsi  üçün lazımdırsa  və bunun bir yönü, yəni  ilahi kəlamların səhvsiz  alınıb qorunması  artıq həyata keçmişdirsə, yeni peygəmbərin gəlməsinə artıq ehtiyac qalmamışdır. Lakin ,məsumiyyət məqamına hələ də ehtiyac qalmışdır. Ç ünki,  təhrif olunmadan qorunub saxlanılan ilahi kəlam , ilahi məqsəd və qayəyə uygun olaraq həyata keçməsi hələ ki, təmin edilməmişdir.N əticə  olaraq  dünya  məsum insanın varlıgından  bu günə qədər ehtiytacsız olmamışdır.Belə olan təqdirdə, pəygəmbərli dönəminin bitməsi ilə, məsumiyyət dönəminin bitməməsi lazım gəlir, əks təqdirdə, Quranın iddiya etdiyi ümumbəşəri rəhmət və ədalət  dönəminin hakim  olmasını həyata keçirmək qeyri mümkün olacaq. Çünki bu,risalətin alınıb qorunması qədər əhəmiyyətə malikdir və onun həyata keçməsi  birincidən daha çox ismət məqamını tələb edir. Allahın dini zaman-zaman peygəmbərlər vasitəsi ilə bəşəriyyətə gətirilmiş  və bu günə qədər qorumuşdur. Bu müqəddəs missiya ta əvvəl gündən məsum insanlar tərəfindən reallaşmışdır.Lakin ilahi dinin  dünyadakı ədalətli hakimiyyəti hələ də həyata keçməmişdir.Bu o deməkdir ki, daha agır , çətin bir sınaq və məsuliyyət  həyata keçmədən qalmışdır.Belə daha agır mükəlləfiyyət və imtahanın məsum bir insan olmadan, adi bir fərd vasitəsi ilə  həyata keçməsi , saglam aglın qəti mühakiməsi ilə qeyri-mümkün olan bir işdir.Nəticə olaraq dərk edirik ki, məsum bir insanın olmasaına ehtiyac vardır, lakin bu məsum bir insanın eyni zaman da peygəmbər olması da lazım deyildir.Çünki,  bu sifətə sahib oılan şəxs ,Allahdan yeni heç bir şey gətirməyəcək, əksinə sabit  və dəyişilməz qalan hökm və hikmətləri dünyada insanlıga hakim edəcəkdir.Yer  üzərində, insanlıgın əbədi arzüsü olan ədalətin  bərpa olunması,  Quran dəyərlərinin bəşəriyyətə yayılıb örnək  və ülgü olması , belə bir şəxsiyyət  tərəfindən  reallıga çevriləcəkdir.Belə məsüm insanın varlıgına ehtiyac, dünyada təkcə  ədalətli bir sistemə baglı olan ümumbəşəri bir hakimiyyətin  qurulmasına görə deyildir. Onun varlıgına olan ehtiyac, insanların dini həqiqətləri ələ gətirməkdə  səhvə və xətaya düşməmələri , ilahi hökümləri kitab və sünnətdən  düzgün şəkildə əldə etmələri baxımından  da duyulmaqdadır. Peygəmbərlər , ilahi hikmətləri vəhy yolu ilə insanlar içərisinə gətirir, bir müddət bu həqiqətləri təblig etdikdən sonra  haqqa qovuşurlar. Onlardan sonra , gətirdikləri müqəddəs dəyərlər  və hökümlərin  təhrifə yol verilmədən  sonrakı nəsillərə ötürülməsi lazımdır. Bunun üçün xüsusi bir elmə sahib olub, ilahi kitabların batininə  agahlıgı olan, peygəmbərlərdən  ilahi  əmanəti  əxz  etmiş xüsusi canişinlərin  var  olması  mütləq  zəruri olan bir ehtiyacdır. Əyər belə olmasa, peygəmbərlərin gətirdiyi ilahi kəlamlar , hikmətlər və elmi həqiqətlər, batini bilgisi olmayıb yalnız zahiri məlumatlara sahib  olan insanlar tərəfindən  yanlış  anlaşılaraq  , təhriflərə məruz qoyulub  insanlara təhvil verilər. Bu isə ixtilafların, bidətlərin , təhriflərin  və xurafatların  baş qaldırıb yayılmasına  gətirib çıxardar ki, bunun da sonu zəlalətdir. Ona görə də, peygəmbərlərdən sonra  məsüm imamların  var olması  saglam agılın hökm etdiyi  qəti və zəruri bir şeydir. Buna bəşəriyyətə son peygəmbər olaraq göndərilmiş həzrəti Muhəmmədin şəriətində   daha çox etiyac duyulur.Çünki, onun gətirdiyi şəriət özündən qabaqkı bütün şəriətlərin hökmünə xitam vermiş  və nəsx etmişdir.Peygəmbərdən sonra da, belə bir əbədi və ümumbəşəri  olan şəriətin   qurana əhatəlki bilgisi  olmayıb , məsum insan olmayan   adi insanların öhdəsinə  buraxılması, ilahi qərəz və məqsədə uygun  olmayan bir şeydir. Beləliklə,  sonunda agılı əsas götürərək qərəzsiz düşünən insan  imamət əqidəsinin  haqq olmasını anlayıb, peygəmbərdən sonra da  məsumiyyət dönəminin davam etməsinə  inanacaq.Məhdəviyyət əqidəsi də imamət əqidəsindən şaxələnən bir budaqdır ki, imamətin ilahi bir seçki ilə olub  bu gün də davam etdiyini   göstərir. Çünki, məhdəviyyət əqidəsi ,imamət əqidəsinin  praktik olaraq həyata keçməsini , onda  olan xüsusuyyətlərin əməli olaraq  yaşanmasını  bəyan edən bir  əqidədir.
(Dadash Dadashov)
     

вторник, 24 февраля 2015 г.

ALLAHI TANIMA YOLLARI.

Əvvəlki bəhslərimizdə insanı Allah və din  haqqında araşdırma aparmaga sövq etdirən amillər haqqında  söhbət açdıq. Bizə məlum oldu ki, bəzi amillər və hisslər vardır ki, insanı bu sahədə tədqiqat aparmaga vadar edir.İndi isə dinin əsası hesab olunan Allahın varlıgı və tohidin isbat olunmasının mümkünlüyü haqqında olan dəlillər və sübutları nəzərdən keçirəcəyik.Əvvəlcə bilməyimiz lazımdır ki, Allahı tanımagımız  neçə cəhətdən bizim üçün hasil olmalıdır.Allahı tanıma dərslərində biz bu müzakirəni əsasən  iki cəhətdən aparacagıq. Birincisi: Allahı tanımaq, yəni onun var olmasını sübut edən qəti dəlillərə baş vurmaqla onun varlıgına özümüzdə və digər insanlarda qənaətbəxş və aydın dəlillər hasil etməkdir.

İkincisi, Allahı tanımaqda onun zatının yeganəliyini dərk edib, zatı ilə sifətlərinin bir olmasını, zatının həqiqətinin isə dərk olunmaz oldugunu  qəti dəlillərlə isbat etməkdir.

Allaha mərifət hasil etmənin bu iki cəhətinin hər ikisi, müxtəlif mövzuları əhatə edir, coxlu əqli və elmi dəlillərə söykənir. Bizim üçün ilk olaraq kainatı yaradan birinin var olmasını sübuta yetirmək  və zehinlərdə onun üçün qaneedici sübutlar göstərməkdir.

Bu cəhətdən biz, Allahı tanıma dərslərini bir neçə hissəyə ayıraraq , hər hissənin öz dəlillərini izah edəcəyik.

Beləliklə; Allahın var olmasına yetrişmə yollarını aşagıdakı qismlərə ayıra bilərik:

1.fitrət  yolu.

2.Əqli və fəslsəfi yol və onun qismləri.

3.İrfani və qəlbi yol.

Allah tanımanın fitrət yolu.

İnsanı varlıq aləminin yaradıcısı olıduguna dogru səsləyən və hər an ona möhtac oldugunu ona xatırladan bir batini qərizə, meyl, hiss mövcuddur ki, dünyaya gəldiyi gündən , vəfat edənə qədər ondan ayrılmayacaq. Bu qərizə və meyil insanın agılından, düşüncəsindən,qazandıgı elm və kəsb etdiyi qabiliyyətlərdən asılı olmayaraq onun vucudunda var olan bhir duygudur.Bu duygu daimi olaraq insan içində onu rəbbinə dogru yonəldən və ondan yardım diləməyə sövq etdirən bir cazibədir. Ona görə də insanda olan bu cazibə və meyil onu heç bir hərəkətverici amil olmadan, allaha dogru çəkdiyi üçün, Allah tanımada ona fitri yol deyilir.

Bu fitri meyil və cazibə heç vaxt insandan ayrılmamaqla yanaşı, onu daxildən istiqamətləndirərək Allaha dogru yönəldir.Lakin, insanın bu duygu vasitəsi ilə daxildən Allaha dogru yönəlməsi , xarici amillərin təsiri və rolu olmadan baş verir.Yəni bu duygunun və cazibənin insan vücudunda yaranması , hər hansı bir təbligatın,tədris və təlimin, yaxud da təfəkkürün  məhsulu deyil. Çünki, çoxsaylı  müşahidələr bunun əksini sübut edərək göstərir ki, təfəkkür, təlim,təbligat və müvafiq mühütün olması kimi Allahı tanımaga dogru yönəldən amillər olmadan da insanlar bu hissin vasitəsi ilə yaradıcı bir qüvvənin varlıgına inanır və ona dogru yönəlirlər.Heç bir amil olmadan bu duygunun insan fitrətində dogması və insanı mütəmadi olaraq  Allaha dogru çəkməsi , o duygunun doguşdan onda qoyulmuş bir  ilahi lütf oldugunu bizə anlatmış olur.Bu hissin mənbəyi və insan vucudunda  necə meydanə gəlməsi haqqında dərindən düşünsək , bizə aydın olar ki, əyər kainatı yaradan biri  mövcud olmasa idi , insan fitrətində belə bir duygunun baş qaldırıb onu yaradıcı var deyə , Allaha dogru istuqamətləndirməsi mümkün olmazdı.

Əlavə olaraq onu da qeyd etməyimiz lazımdır ki , bu fitri duygu Allahın varlıgına ona görə dəlildir ki, əqidəsindən, millətindən , irqindən, cografiyasından , mədəniyyətindən asılı olmayaraq bütün insanların vücudunda müşahidə edilməkdədir.Lakin, bir məsələ həqiqətdir ki, bu fitri duygu və cazibə  bütün insanlarda mövcud olsa da, müxtəlif mühit və  cografiyalarda yaşayan insanlarda özünü fərqli şəkildə təzahür etdirir.Biz, bir mühitdə yaşayan insanlarda bu duygunun təsirinin güclü digər mühitdə yaşayan insanlarda isə zəif olaraq  özünü göstərdiyini müşahidə edə bilərik. Bu duygu, müxtəlif amillərin təsiri ilə  zəifləyə və öz təsirini müvəqqəti olaraq itirə bilər.Lakin, onun tamamilə sönərək vucudu tərk edib aradan getməsi müşahidə olunmamışdır və olması da mümkün deyildir.

(DADASH  ƏLİBƏYLİ)

ALLAHIN VARLIGINI İSBAT EDƏN NİZAM DƏLİLİ

Allahın, kainatın xaliqi olmasını isbat etmək üçün əlimizdə olan ən möhkəm dəlillərdən biri və ən mühümmü nizam –intizam dəlilidir.Nizam deyildiyi zaman təbiət aləminə hakim olan ümumi qanunauygunluqlar nəzərdə tutulur ki, varlıq aləminin hər zərrəsini araşdırdıgımız zaman bunun şahidi oluruq. Başqa bir ifadə ilə desək, kainatda ən kiçik zərrə olan  atomlar və onların daxili quruluşundan tutmuş ,ən böyük  qalaktikalar sisteminə qədər , hər şeydə dəyişilməz qanunlar hakim olub onları idarə etməkdədir.Biz, təbiət aləminə hakim olan bu, dəyişməyən matematik qanunauygunluqlara, yaradıcının varlıgını qəti olaraq  isbat edən nizam dəlili deyirik. Amma hər şeydən öncə, bu nizam dəlilinin Allahın varlıgına sübüt olmasının inkaredilməz və qənaətbəxş əsaslarını göstərməyimiz lazımdır ki, etiraz etməyə qalxan şəxslərin gətirdiyi dəlilləri rədd etmək üçün möhkəm bir vəsilə olsun. Ona görə də nizam dəlilini aydın izah etməkdən əvvəl bir neçə müqəddiməni qeyd etməli və onlara açıqlıq gətirməliyik:

Birincisi; kainatda həqiqətən ümumi qanunauygunluqlara tabe olan bir nizam mövcuddurmu?

İkincisi ;nizam-intizama tabe olan işlərlə nizamsız və pərakəndə olan işlərin bir-birindən fərqi varmı və bunlar hansı fərqlərdir?

Üçüncüsü; nizam-intizamın kainatda mövcud olmasını isbat etməklə Allahın varlıgını sübut etmək mümkündürmü?

Dördüncüsü;Niyə təsadüf nizamlı işlərin yaranmasına səbəb ola bilməz?.

Əvvəlcə kainatda ümumi qanunauygunluqlara tabe olan bir nizamın mövcud olmasını isbat edək.Varlıq aləmində vahid qanunauygunluqlara tabe olan bir nizamın isbatı , həm  kainatdakı prosesləri müşahidə etməklə  normal agıl sahibi olan hər bir şəxsə , həmdə kainatın əsrarəngizliklərini elmi araşdırmalarla ələ gətirən hər hansı bir alimə müyəssər olan bir işdir. Kainatda, nizamın olmasaını və bu nizamın vahid mərkəzə tabeçiliyini , isbat edən elə bariz nümunələr mövcuddur ki, onu təbiət elmlərinin dərinliklərini bilmədən də anlamaq mümkündür.

Çünki, o dəlillər hər bir agıl sahibinin anlayıb nəticə çıxara biləcəkləri aşkar dəlillərdir. Bunları müşahidə etmək üçün, insandan sadəcə olaraq aglını işlətməsi və qəflətə düşməməsi tələb olunur. Həqiqətdə, insana verilən agıl qüvvəsinin ilkin mərhələdə gördüyü iş də, nizamı dərk etmək və ondan ibrət vəsiləsi kimi istifadə etməkdir. Agıl qüvvəsi də bütün insanlara Allah tərəfindən lütf olara verilən bir nemət oldugu  üçün, hər bir insan elmi dərəcəsindən asılı olmayaraq bu qabiliyyətə sahibdir.İnsanda ilahi lütf olan bu agıl qüvvəsi də, təbiətdəki hadisələri müşahidə etdiyi zaman ilk baxışdan nizamlı və planlı işləri ayird edə bilir.Çünki, agılın öz işləri də pərakəndə olmayıb məyyən nizama və plana baglı olan işlərdir.  Müəyyən yetkinlik yaşına çatdıqdan sonra, insan agıl  qüvvəsi ilə ətraf aləmi dərk etməyə başlayır.Bu zaman agıl, təbiət hadisələrini süzgəcdən keçirərək onlarda olan vahid nizamın və qanunauygunlugun əsərlərini müşahidə edir.Onun, varlıqlara hakim olan bu qanunu dərk etməsi, əslində insanın agıl sahibi olub öz işlərini də bu qüvvəyə görə müəyyən etməsinə görədir.Yəni insan özünün və başqa agıllı insanların işlərində müşahidə apararkən,həmin işlərdə,tərtib, ardıcıllıq,plan və dəqiqlik oldugunu aydın şəkildə görür. Məsələn; işlərin arasında fərq olmasında təcrübə aparan insan,inşaat işi ilə məşgul olan bir mühəndisin işinə nəzər yetirir.0, mühəndisin işində əvvəlcə, hazırlanmış bir plan və o plana əsasən tərtib və ardıcıllıqla görülən işləri  müşahidə edir, sonra bunun nəticəsi olaraq son dərəcə nizama söykənən tərtibli bir binanın meydana gəlməsini görür.Bu binada, hər bir detal,inşaat üçün lazım olan material və maddələr, öncədən mühəndisin müəyyən etdiyi, dəqiq   hesablamaya uygun olaraq işlədilmişdir. Bütün bunları gördükdən sonra insan, binanı tikən mühəndisin işini əvvəlcədən düşünülmüş olaraq  bir plana və nizama uygun şəkildə  gördüyünü anlayır və heç vaxt mühəndisin bu işləri plansız olaraq təsadüfən  görə biləcəyini qəbul etmir.

Belə müşahidələri davam etdirən insan, hər hansı bir sənaye müəssisəsinin istehsal etdiyi bir maşını və yaxüd cihazı nəzərdən keçirir və onlarda son dərəcə dəqiqlik və yaradıcılıq incəlikərini görür.O, zaman insan istehsal olunmuş hər hansı bir cihazın detallarının əvvəlcədən hesablamaya uygun yaradıldıgını və digər detallara uygun formada düzəldildiyini dərk edir.Eyni zamanda insan bu cihazı istehsal edən müəssisənin də dəqiq bir plan əsasında, nizamlı bir struktura sahib olduguna görə belə mükəmməl bir cihaz ixrac edə bildiyinə əminlik hasil edir. Məsələn, hər hansı bir maşın zavodunun ixrac etdiyi və dəqiq nizama uygun hərəkət edən aftomobilin işini ,hər hansı bir kompyuter müəssisəsinin istehsal etdiyi bir kompyuterin heyrətamiz dəqiqliklə gördüyü işi nəzərdən keçirdiyimiz zaman, hansı agıl ,elm və qüdrətin işə düşərək bu  belə bir nizamı yaratdıgının fərqinə varırıq. Saysız hesabsız ixtiralar üzərində aparılan müşahidələr nəticəsində ,agıllı insan dərk edir ki, öncədən bir plana söykənmədən və dəqiq hesab aparılmadan belə mükəmməl əşyaların istehsal olunması qeyri-mümkündür.

  Daha sonra insan, buna oxşar müşahidələri, bəşərin  iradəsindən  asılı olmadan var olan, ondan qabaq mövcud olan  və hal-hazırda hərəkətdə, inkişafda, təkamüldə olan təbiət aləmi üzərində davam etdirir. Bu zaman, insanın içində mövcud olan agıl qüvvəsi işə düşərək təbiətdəki tədbirli və hikmətli işlərlə insanın agılına söykənən işlər arasında bir uygunluq ortaya qoyur.

Əvvəlcə insan, varlıq aləminin ən ali əsəri olan insan vucudu üzərində müşahidələr aparır və onun gözünün önündə çox heyrətamiz dünya və ona hakim olan mükəmməl bir nizam aşkar olur.İnsan öz vucudunda işləyən hər bir sistemi, çox dəqiq hesablanmış və mükəmməl qanunauygunluqla işlədiyinin şahidi olur, bioloji vucudundakı həyatın funksiyalarının , öz ixtiyari həyatının işlərindən qat-qat dəqiq və məqsədəuygun olub ən kiçik fəaliyyətin belə səbəbsiz olmadıgının gerçəkliyini dərk edir.Bu zaman insan vucudundakı qeyri-iradi işlərin nizamlanmasının , ixtiyari işlərinin nizamından daha üstün və dəqiq tədbirə və əqli kontrola möhtac oldugunu başa düşür və iradəsinə tabe olan işlərdə bunun kimi dəqiq bir nizamın və tədbirin heç vaxt həyata keçə bilməyəcəyini anlayır. O, zaman cuzi əqli və elmi sayəsində başardıgı hikmətli və nizamlı işlərin bütün varlıgı və onun tədbirini  əhatə edən ümumi elm ,qüdrət və agıl müqabilində çox kiçik bir şey oldugunu dərk edir. Deməli, insan dəqiq nizamın var olmasından, Xaliqin hikmət və elm sahib olan birinin olmasına əminliyi  ilk olaraq öz vucudundan anlayır.Bu elə bir vucuddur ki, çox dəqiq riyazi qanunlarla işləyir , onda olan hər bir orqan , sistem bir-birinə uygun olan heyrətamiz bir tənasüblə yaradılmış ,vucudda olan müxtəlif hissələr və parçalar ümumi vəhdət halında təzahir etmişdır.Normal agılı olan hər bir şəxs ,anatomiya və fiziolgiya  sahəsində dərin bilgilərə sahib olmasa  və mikrobiologiyanın, huceyrələrin heyrətamiz qurluşundan bəhs edən elmi dəlillərindən xəbərdar olmasa da,  insan vucuduna hakim olan bu nizamı dərk edə bilir.Çünki  O, öz vucuduna aglının gözü ilə baxdıgı zaman hər bir orqanın ,digər orqana nisbətdə uygun yaradıldıgını, müəyyən bir ölçü içərisində oldugunu görür. İnsan vucudundakı zahiri orqanların ;göz, qulaq,əl-ayaq ,barmaqlar,dırnaqlar və tənasül orqanlarının  necə də bədənin ümumi  işinə uygun olaraq müəyyən  bir ölçü ilə yaradıldıgını  anlayır.Həqiqətən də insan zahiri əzalarının vucuddakı yerlərinə diqqətlə nəzər yetirərsə, çox böyük bir hikmətin və tədbirin müdaxiləsi olmadan bunun təsadüfən belə olmasını,qətiyyən qəbul edə bilmir.İnsanın vucudu və surəti təsəvvür oluna bilən bütün surətlər içərisində ən ideal və məqsədə uygun bir surətdir.Əyər var ola biləcək milyonlarla surətlər içərisində indi müşahidə etdiyimiz bu ideal surət həqiqətə çevrilmişdirsə , bunun təsadüfən belə oldugunu iddia etmək agılsızlıq və məsuliyyətdən qaçmaqdır.Əyər biz insan üçün hazırki ideal surətdən qeyri bir surət təsəvvür etsək və o vucudda gözlərin , əllərin  və tənasül orqanlarının yerini dəyişsək  necə eybəcər və nizamsız bir vucudla üz-üzə olarıq.

 İnsan vucudunda əza və orqanların vucud daxilində bir-birinə uyugun xəlq olunduqları kimi xarici aləmə nisbətdə tam olaraq uygun və mütənasib yaradılmışdır.İnsan bu məsələ üzərində təfəkkür etdiyi zaman, varlıgının necə təbiətlə nizamlı bir əlaqəyə girdiyini, vucudunun təbiətin bir hissəsi oldugunu, bu hissənin də tamma tamamilə munasib olaraq  fəaliyyət göstərdiyini inkarolunmaz bir şəkildə başa düşür.O, müşahidələri zamanı vücudu ilə təbiət aləmini baglayan  möhkəm tellərin necə də dəqiq bir nizam içərisində olub, onunla uygunlaşmasından heyrətə gəlir.

Məsələn; insan vücudundakı ehtiyaclara diqqət edir, bədəninin daim hava,  su və qidaya möhtac oldugunu görür. O zaman buna uygun bir tənəffüs və həz sisteminin nizamlı bir şəkildə vucudunda yerləşdirildiyini və dünyaya gəlməmişdən öncədə buna uygun hava və qida mühitinin yaradıldıgını açıqca müşahidə edir. İnsan, vucudundakı ehtiyacları qarşılayan hava su və qida mənbələrinin  necə də öncədən planlanaraq uzun bir zaman üçün təyin olundugunun şahidi olur.Belə ibrətamiz dəlillər həddən artıq çoxdur və bunları normal agıla sahib olan hər bir kəsin dərk etməsi çətin bir iş deyildir, bunun üçün də  təbiət elmlərinin dərinliklərinə yiyələnmək tələb olunmur.Bəli, əyər biri bu sahədə biliklərini dərinləşdirib daha ecazkar dəlillərə baş vurmaq isətəyərsə, bu elmlərə yiyələnib onların sirrlərinə vaqif ola bilər.Lakin kainatda ümumi bir nizamı dərk etmək və onu hikmətli xaliqin işi oldugunu anlamaq üçün , sadəcə saglam və qənaətbəxş agıla və düşüncəyə sahib olmaq kifayət  edər.

İnsanı düşündürən və özünə məşgul edən belə nümunələr,insan vücudunda və təbiət aləmində saysız-hesabsızdır.Lakin bir-neçə nümunənin verilməsi, əslində bir material xarakteri daşıyır ki,agıl sahibi onların üzərində təfəkkür edib, digər nəhayətsiz nümunələrə keçid edə bilsin və ümumi nizam qanununu hamısına tətbiq edərək, nəticələr hasil etsin.

  Beləliklə, saglam agıl və təfəkkür,təbiətdə olan hər hansı bir nizamlı sistemi gördükdə , onu insan aglı ilə planlanan işlərlə müqayisə edir,nəticədə təbiətdəki nizam və qanunauygunlugun daha dəqiq və mükəmməl oldugunu başa düşür.Bu zaman agıl, əldə etdiyi nəticəyə görə bu işlərin təsadüfü səbəblərə söykənərək əməl gəldiyinə inanmayaraq,elm və hikmət sahibi olan birinin nizamlı işi oldugunu təsdiq edir.

(Dadash Əlibəyli)


среда, 14 января 2015 г.

HAQQ VƏ BATİL DİN ANLAYIŞLARI.

Haqq və batil din anlayışları.
Əvvəlki yazımızda dinin Allah tərəfindən təkvini və təşrii olaraq təqdir edilmiş və qoyulmuş bir nizam oldugunu öyrəndik. Sonra izah etdik ki, bu nizamdan da xüsusi bir həyat tərzi dogur ki,toplumların ictimai,siyasi, mədəni və iqtisadi həyatlarını özünəməxsus xüsusiyyət və keyfiyyətlərlə şəkilləndirərək, onların yaşayışına məxsus bir forma bəxş edir.Lakin tarix boyu mövcud olan və indiki zamanımızda var olan toplumların həyat tərzlərini tədqiq etdiyimiz zaman, onların heç də hamısının eyni nizam və ideologiyadan qaynaqlanan dəyərlərə tabe olmadıqlarını görürük. Əksinə toplum halında yaşyan muxtəlif ümmətlər və millətlər, həm əqidə və inanc , həm əxlaq və davranış, həm də ictimai və mədəni qanunlar və dəyərlər baxımından bir-birinə zidd olan mövqedə durub , tamamilə fərqli istiqamətlə hərəkət edirlər. O zaman belə bir məsələ insanı düşündürür ki, əyər din Allahın qoydugu fitri bir nizamdırsa ,bunun nəticəsi olaraq bəşəriyyət eyni əqidənin ardıcılı olub, eyni əxlaqi və mədəni dəyərlərə sahib olmalı idilər.Lakin gerçək həyatda biz bunun ziddini muşahidə edirik və müxtəlif nizam və ideologiyaların toplumlara hakim olub onları öz bir-birindən fərqli olan qanun və idealları ilə yönəltdiyini açıq-aydın görürük. Əyər biz dünyada mövcud olan millət və ümmətlərin indiki, əqidə və inanclarını və tarixi keçmişlərini bu baxımdan araşdırsaq ,onların inanc cəhətindən nə qədər fərqli dini əqidələrə etiqad etdiklərini, ictimai həyatlarında da nə qədər müxtəlif qanunlara, ədəblərə, dəyərlərə söykənən nizam və quruluşlara tabe olduqlarını müşahidə edərik. Yer kürəsinin müxtəlif cografiyasında, fərqli zamanlarda, coxallahlıq,məcusilik, buddizim, dualizm, bütpərəstlik kimi batil və əsassız dini əqidələrin müxtəlif millətlərə əsrlərlə hakim olması, onları üzün zaman batil əqidə, fasid əxlaq və mənəvi böhran içərisində saxlaması, dinin vahid bir fitri nizam olub ondan dogması anlayışını şübhə altına alıb ,əksəriyyətin fikrini qarışdıra bilər.Belə bir yanlış düşüncə formalaşmasın deyə bütün agıl sahibləri və din ardıcılları bilməlıdir ki, dinin fitri bir duygu olması ilə , real həyatda mövcud olan batil dinlərin və əqidə məktəblərinin və yaxud tam inancsız kəsimin olması ilə heç də təzad hesab oluna bilməz.Ona görə də dinin fitrətdən qaynaqlanması ilə onun ictimai həyatda tətbiq olunub ,vahid bir nizam qurmasının hansı müstəvidə əlaqəli olmasını bəyan etməyə ehtiyac vardır. İlk olaraq deməyimiz lazımdır ki, dinin fitri olması ilə bəşərin real yaşayışı arasında cəbri yox ixtiyari bir əlaqə mövcuddur.Yəni dinin fitri olması, onun mütləq olaraq vahid bir formada insanın fərdi və ictimai həyatında özünü göstərməsi cəbri bir lazımlıq deyil.Əksinə insanın həyatı digər varlıqlardan fərqli olub ixtiyari səbəblərlərdən və vasitələrdən meydana gəldiyi üçün, din özünün müxtəlif cəhətləri ilə onun həyatında bir ixtiyari amil olaraq yer almalıdır.Daha açıq ifadə ilə desək insan azad və seşimli varlıq oldugu üçün ,fitrətindən qaynaqlanan dini həyatı yaşamaqda da azad olub heç bir məcburuyyət və məhduduyyətə tabe edilməmişdir.Bu cəhətdən dinin insanların ixtiyari həyatlarında tətbiq olunması Allah tərəfindən cəbri olaraq təqdir edilməmişdər.Bəlkə insanlar iradə azadlıgı ilə, Allahın onlara bəxş etdiyi agıl sayəsində, Allahın onların iradəsinə baglı tutdugu,dini təqdiri öz həyatlarında həqiqətə çevirməlidirlər.Beləliklə bəşərin ixtiyari həyatında dinin tətbiq olunması bir neçə müqəddimə işlərin həyata keçməsinə baglıdır.Birincisi, fitrətdə mövcud olan bu dini nizam,bəşərin aglı bə şüuru ilə düzgün dərk edilməli və təbii meyilləri ilə düzgün şəkildə tarazlaşdırılıb qəbul edilməlidir. Ona görə də bu dinin dəyər və qanunları insanın fitrətinə və aglına uyugun çatdırılmalı,dini təblig və ona dogru dəvət düzgün həyata keçməlidir.O zaman ilahi nizam düzgün dəvət və təbligat nəticəsində reallıga çevrilərək bəşəriyyətin həyatını əhatə edib ona dolgun məna bəxş edə biləcək.Elə bu səbəbə görədir ki,Allah bu nizamı həyata keçirmək üçün insanların işərisinə , dini onlara anladacaq elçilər göndərir.Əvvəlcə yer üzünün insanları , göndərilən peygəmbərlərin dəvəti ilə vahid nizama tabe olan bir ümmət kimi formalaşdılar.Biz Qurani-kərimin bəyanatlarına da baxsaq görərik ki, quran əvvəlcə insanların vahid bir ümmət oldugunu, sonradan bəzi səbəblərə görə ixtilafa düşüb firqələrə bölündüklərini bildirir.Allah beqere suresinin 213 cu ayesinde bele buyurur:
"İnsanlar tək bir ümmət idi.(sonra ixtilafa düşdülər) Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər."
bu ayədən də göründüyü kimi ,yer üzündə ilk öncə vahid bir əqidə olmuş və bəşəriyyət tohid dininə tabe olmuşdur.Biz bunu vahid bir ümmət ifadəsindən anlayırıq , bu söz, vahid inanca tabe olan bir toplumu bəyan edir ki, bəşəriyyət ilk peygəmbərlərin dəvəti ilə bu tohid nizamı üzərində idilər.Lakin sonradan müxtəlif səbəblərə görə parçalandılar və vahid tohid əqidəsi də yavaş-yavaş çoxallahlıga, bütpərəstliyə və digər batil inanclara çevrildi. Sonra bu səbəbdən dolayı Allah peygəmbərlər və kitablar göndərdi ki, ixtilafı ardan qaldırb yenidən tohid dinini bərpa etsin.Təəsüf ki , həsəd və paxıllıq kimi nəfsani rəzalətlərdən dolayı insanlar hələ də əvvəlki ümmət halına qayıda bilmirlər.Deməli, insanların əksəriyyəti zaman-zaman peygəmbərlərin onlara bəyan etdiyi tohid nizamından və dinindən uzaq düşərək,fitrətlərindəki tohid inancını unutmuş , nəfslərinə xoş gələn və yaxud cəhalət üzündən qəbul etdikləri batil inanclara tabe olmuşlar. Nəticə olaraq deməliyik ki, haqq din olan tohid inancı bəşərin vahid əqidısinə çevrilib, onun həya nizamı olması üçün , peygəmbərlərin təblig və dəvətinə uygun bir metod işlənib həyata keçməlidir.
İkincisi, haqq dinin toplumun əvəzsiz inancı və həyat tərzi olması üçün bir-sıra maniələr ardan götürülməlidir.Bu maniələri ümumi olaraq agıla zidd olan nəfsani istəklərdən qaynaqlanan yollar adlandırmaq olar ki, bəşərin tarix boyu müxtəlif batil əqidələrə bölünməsinə və tohid dininin hakimolmasına mane olmuşdur.Eyni zamanda cəhalət, təssüb, həsəd kimi bəzi nəfsani rəzalətlər də bu parçalanmanı gücləndirmiş və batil dinlərin inkişafına zəmin yaratmışdır.
Beləliklə, haqq din olan tohid dini, təkvini həyatdan fərqli olaraq, bəşərin ixtiyari və ictimayi həyatında insanın iradə və seçimi ilə həyata keçdiyi üçün,onun əksi olan batil din və inanclar da yanlışlıqlara ugrama nəticəsində onun öz azad seçimi ilə qəbul edilib inkişaf ede bilər.Bəzən, həqiqətən də bu ,cəhalət üzündən baş verib ,haqq oldugu düşüncəsi ilə qəbul edilir, bəzən də təəssüb və inadcıllıq duygusunun təsiri ilə baş verərək ,batilliyinə agahlıq oldugu halda mənimsənilir.Bu isə zaman keçdikcə , insanları haqq dindən uzaqlaşdırıb, şirk, bütpərəstlik, dualizm, materializ,ateizm kimi insanların fitrətinə uyugun olmayan inanclar formalaşdırır.Bu cür əqidə və inanclar da öz növbəsində toplumlarda öz mənfi təsirini qoymuş,özünəməxsus həyat tərzini, ədəb və davranış qaydalarını miras buraxmışdır. Ona görə deyə bilərik ki, bu həyat tərzlərinin də idealları, inancları, dəyər və qanunları oldugu üçün bunlar da dindir.Lakin belə dinlər hakim olduqları toplumu hidayıt etməyən,onları xeyirə və islaha yetişdirməyən, səadət və xoşbəxtlikdən də məhrum edən dinlərdir.Əvəzində isə ardıyca apardıgı toplumu bədbəxt edən,fəsada ugradıb, həlak edən , onları həm dünyada həm də axirətdə ziyana düçar edib məhvə məhkum edən dinlərdir. Bu cəhətdən dini əfsanə sayıb ona inanmayan, cəmiyyətdə dinsizlik təblig etməyə cəhd edən cərayanları da din adlandırmaq olar.Çünki dinə qeydsiz olub onu inkar etmək özü də onlarda yeni bir əqidə formalaşdırmış,bu əqidə və ideolgiyaya uygun da həyat tərzinə sahib olmuşlar.Buna misal olaraq kommunist əqidəsini göstərə bilərik.Kommunizim ateist ideyalara söykənsə də , onun təlim və ideyaları bir həyat tərzinə çevrilərək ardıcıllarında vahid bir inanc formalaşdırmışdı.Onda olan bir sıra qanuin və dəyərlər hətta müqəddəs hesab edilərək hamının ehtiram etməsi vacib olan məsləkə çevrilmişdi.Öz zamanında komunist əqidəsi öz tərəfdarlarını allahsızlıq dininə dəvət edib onun ideyalarına baglı olmaga səsləyirdi.Eyniyle bunu islamdan önce məkkə müşriklərinin həyat tərzini formalaşdıran butpərəstlik əqidəsinə də şamil etmək olar.Çünki, bütpərəstlik əqidəsi Allaha şərik qoşsa da özünəməxsus inanc və ayinlərə sahib idi, məkkə müşriklərini həmin batil inanc ətrafında möhkəm birləşdirmişdi.
Qurani-kərim bütün batil inanclara da din adını verərək, haqq dinin ziddi kimi dəyərləndirmişdir.
Allah kafirun surəsində bunu açıq şəkildə belə buyurur;
(Ey peygəmbər, sənə bir il sən bizim bütlərimizə ,bir il də biz sənin Allahına ibadət edək, deyən müşriklərə)n “ De,ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm.Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz.Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm.Siz də mənim ibadət etdiyimiə ibadət edən deyilsiz.Sizin öz dininiz var, mənim də öz dinim.”
Göründüyü kimi Quran sizin öz dininiz var ifadəsini açıq şəkildə müşriklər haqqında deyir.Müşriklər də öz batil dinlərinə təəssübən baglı olduqları üçün, Allah onların haqqa dönməyəcəklərini qəti olaraq bildirir.Deməli cəhalət və təəssüb üzündən baglanılıb itaət edilən bir din bəzə dəyişiləmyən qəti həyat tərzinə çevrilir.
Lakin haqq dinin sonunda qalib olub bütün batil dinləri aradan qaldıracagını da yenə Quran qəti olaraq bildirir.Çüki batil dinlərə tabeçilik bəşərin fitrətinə zidd oldugu üçün ona səadət gətirə bilməz və məcburi olaraq müəyyən zamandan sonra haqq dinin nuru ilə yox olub gedəcəkdir.
Bunu Allah fəth surəsinin 28-ci ayəsində bildirmiş, batil dinlərin çox olmasına baxmayaraq sonda haqq dinin daha qüvvətli, məqsədəuygun olması ilə aradan gedəcəklərini bəyan etmişdir.
“Onu (islamı) bütün dinlərə qalib etmək üçün öz peygəmbərini hidayət və haqq dinlə göndərən Odur.Allahın şahid olması kifayətdir.”
(D.Əlibəyli.)

понедельник, 12 января 2015 г.

DININ MAHIYYƏTİNİN BƏYANI.

 DİNİN MAHİYYƏTİ HAQQINDA.
Din ərəb sözü olub lügətdə “cəza “ , “itaət “ , “borc” kimi mənalara gəlir.Lakin din üçün lügətdəki məna qəsd olunmaqla yanaşı , onun başqa mənası da vardır ki, ondan insanın və toplumun həyat tərzini formalaşdıran ümumi dəyərlər və qanunlqar sistemi nəzərdə tutulur. Dinin təqdim etdiyi bu dəyərlər və qanunlar sistemi düzgün həyata keçirlidiyi zaman ,cəmiyyətdə tərəqqi və islahat yaradan nizam və həyat tərzi meydana gətirir. Bu mənada dini qəbul etsək o,bizim üçün daha geniş məna kəsb edib,bütövlükdə hayatımızı əhatə etmiş olur. Deməli bu mənada din həyatımıza istiqamət və nizam verən bir həqiqət olur ki,onun dəyərlər sisteminin içinə ,bəşəriyyətin həyatı üçün önəmli olan əqidəyə, əxlaqa ,ictimai və huquqi məsələlərə, əməl və davranışlara aid olan höküm və qanunlar daxil olur. Bunun nəticəsi olaraq da dinin bəşərin praktik həyatına çevrilməsi ilə,cəmiyyətin əqidə,inanc,əxlaq və davranışları  xüsusi bir nizama salınaraq , onun həyatına nənitəcə bəxş edəcək bir məna və məqsəd qazandırır.Bəşərin həyatının sonluq və nəticə etibari ilə ,məna və məqsəd qazanması yalnız dini dəyərlərin praktik həyata çevrilməsi ilə baş tutur və bu baximdan dindən qeyri heç bir idioloji məktəb bu nəticəni ona vəd etmir.Dinin və onun qanunlar sisteminin, insan həyatına məna qazandırması da onun bəşərə sonluqda xoşbəxtlik və səadətin əldə olunmasını vəd etməsi və onun yollarını göstərməsidir.Başqa fəlsəfi və ideoloji məktəb və cərəyanların baxış və düşüncələrini incələdiyimiz zaman bunların heç biri ilahi dinin bəyanatlarını əvəz edə bilməyib, insanlıgın haytının sonlugu barədə ona heç bir yol göstərə bilmir.Onların örnək və vədləri yalnız dünya həyatı haqqında yetərsiz mulahizələrdən və fikirlərdən ibarətdir ki, hətta dünya həyatında belə insanı xoşbəxt edəcək bir gücdə deyildir.Çünki bəşərin fitrəti gərəyi qəti olaraq deyə bilərik ki, dünya həyatında belə insanı yalnız o məktəbin görüşləri xoşbəxt edə bilər ki,onun ideyalarında bəşərin həyatının nəticə və sonlugu onun vicdan və fitrətinə uygun izah edilsin.Bu cəhətdən başqa məktəb və cərayanlar bəşərin vicdanından və fitrətindən dogan təlabat və ehtiyacları qarşılayacaq heç bir dəyərə sahib olmayıb ,bəşəri düşündürən məsələ və problemlərin həllinə yönələn heç bir şey vermir.Elə bu səbəbə görədir ki, dünyəvi məktəblərin təqdim etdiyi sistem ,dünya həyatında belə bəşəriyyət üçün islahat və nizam mənbəyi olmayıb ,əksər hallarda fəsad,hərc-mərlik,mənəvi boşluqlarla nətcələnəcək bir həyat quruluşu miras olaraq qoyur.Məsəlyə bu cəhətdən baxdıqda,bəşərin dünya həyatında belə islahedici nizama və xoşbəxt bir yaşayışa  sahib olması üçün də, ilahi dinin prinsip və bəyanatları tətbiq edilməlidir. Bunu əsas götürərək ilahi din  əhatə etdiyi  və bəhs etdiyi  mövzularda bəşəriyyətin ,sosial, siyasi,iqtisadi, huquqi və mədəhi həyatını tənəzzüldən mühafizə edib, ideal bir səviyyəyə gətirmək üçün  də tövsiyyələr və qanunlar müəyyənləşdirmişdir.Dinin bu sahələrlə əlaqəli olan nizamlı qanunları ilə yanaşı ,faydalı nəsihət və tövsiyyələri ehtiva edən bir sıra təqdimatları da mövcuddur. Bunlar da insanlıgın bir toplum olaraq dünya həyatında səadətə yetişib ,özlərini xoşbəxt hiss etmələri üçün şərait və mühit yaratmaq  üçün  yardımçı vasitələrdir.
      Bu mənada biz dini və onun dəyərlərini bəşəriyyətin dünyəvi və  uxrəvi həyatları üçün vacib sayıb , bu iki həyatda səadət və xoşbəxtliyə yetişmələrində ən böyük və əvəzsiz amil olaraq qəbul etməliyik. Dinin bəşəriyyət üçün bütün mütərəqqi cəhətlərini nəzərə alıb,onun insanlıgın ixtiyari və təklifi həyatlarının ən ideal və qənaətbəxş bir formaasının təminatçısı oldugunu ,təşrii həyatlarını nizama salmaqda ən üstün qanun və hökümləri ehtiva etdiyini qəbul etməklə yanaşı, onun eyni zamanda,təkvini həyatda da  qoyulmuş bir nizam, dəyişməz qanunlar düsturu kim də başa düşməyimiz lazımdır. Dini belə mükəmməl və ideal formada təsəvvür edib qəbul etdikdə onun həyatın hər iki cəhətinə: həm təkvini olub, bizim iradəmizdən asılı olmadan var olan həyat nizamına və kainatdakı dəyişilməz qanunauygunluqlara, həmdə təşrii olub, bizim iradəmizlə həyata keçməli olan həyat nizamına,toplumları və millətləri yönəldən qanunlar sisteminə  aid oldugunu dərk edəcəyik. O, zaman həm cəbri həyatın riyazi düsturlarının allahın bir qoydugu bir din oldugunu biləcək, həm də insanlıgın Allahın cəbri dini olan kainat nizamından ilham alaraq təşrii həyat qanun və nizamlarını da Allahın təqdim etdiyi dinin dəyər və qanunları ilə qurmalı  olacaqlarını dərk edəcəklər. Allahın dinin belə geniş mənada dərk olunması və onun səhvsiz nümunəsinin kainatda qoyulması,onun insanın ictimai olan təşrii (ixtiyari) həyatında da, ümumbəşəri, beynəlxalq, əbədi və dəyişilməz oldugunu anladır və yer üzündə həyatın sonuna qədər var olacagını çatdırır. Allahın dini bu mükəmməl xüsusiyyətləri əbədi olaraq daşıyır və har hansı bir toplum və ya millətin onu qəbul edib-etməməsindən asılı olmayaraq onda hər hansı bir eyb və yetərsizliyin olması düşünülə bilməz.Əksinə bəşəriyyət bu nizama tabe olmadıqda , fəsada ugramış və nöqsan sifətlərinə yiyələnmiş bir toplum kimi dəyərləndirilməlidir. Necə ki günəşin istisi və nurundan bilərəkdən özünü gizlədən insan üçün günəş naqis hesab oluna biməz, bəlkə o insan nurdan özünü məhrum etdiyi üçün naqis hesab olunmalıdır.
Beləliklə din ,bir nizam olaraq yaradılmış ,təqdir olunmuş  və insanlıq üçün bəyənilmiş bir həqiqətdir. Dinin bu keyfiyyətlərə sahib olub bir nizam olmasını ,qanunlarının dəyişməz olmasını , bizə anladan ilk mənbə , onun həqiqətlərini və dəyərlərinin özündə ehtiva edib bəyan Qurani-kərimin özüdür. Qurani kərimin rum surəsində bu mətləbə işarə olunaraq belə buyurulur:
“(ey  Muhəmməd) Üzünü hənif olaraq (pak bir muvəhhid kimi) Allahın insanları fitri olaraq onun üzərində yaratdıgı  dinə dogru döndər.Allahın dinində heç vəchlə diyşkənlik olmaz.Dogru din budur lakin, insanların əksəriyyəti bunu bilməz.(rum 30).
Bu ayədən anlayacagımız məna budur ki, din insanın yaradılışı ilə baglı olan məsələ olub, onu içində qoyulmuş bir həqiqətdir.Allah insanları yaradarkən, xəmirlərini dini hissi ilə yogurmuş, dinə olan sevgi və yönəlişi yaradılış etibari ilə onun içində qoymuşdur.Bu onu deməyə əsas verir ki insan iç dünyası gərəyi, fitri olaraq dini istəyir və onu arayır. Bu cəhətdən dini biz sonradan, fitrətə söykənmədən, peygəmbərlər tərəfindən insanlıga gətirilmiş yeni , xarici bir nizam  oldugunu qəbul edə bilmərik. Əyər onu bu cür dəyərləndirib qiymət versək, o zaman heç onun insanın vicdanı və fitrəti ilə uygun gəlib təsdiq oluna biləcəyini deyə bilmərik.  Həm də deməliyik ki , sonradan göndərilən bir dəyər Allahın kitabında insanın fitrəti olaraq qiymətləndirilə bilməz idi. Lakin ayələr dinin qoyulmuş bir həqiqət oldugunu , insanların da bu həqiqətə uygun yaradıldıqlarını açıq şəkildə bəyan edir.Necə ki, quranın başqa ayəsində dinin təkvini oldugunu iddia etdiyini görürük:
                                                                         ان الدین لواقع
“Həqiqətən din qoyulmuşdur”.
Ona görə də dinin qoyulmuş bir həqiqət  və nizam oldugunu , insanların da həm təkvini,(qeyri-ixtiyari) həmdə təşrii (ixtiyari)  olaraq  bu nizamın üzərində ona uygun xəlq olundugunu nəzərə alsaq və ilahi təqdirin də heç vaxt dəyışməyəcəyini , həyat var olduqca var olacagını dərk etsək  o zaman,  bunun ,cəbri bir qanunauygunluq oldugunu qəbul etməliyik.
Deməli din, bütün incəlikləri insan aglı ilə dərk olunmayan,lakin bütün cəhətləri ilə insanın qəlbinə və vicdanına uygun olub, ilahi bigi ilə öncədən təqdir olunmuş bir həqiqətdir. Lakin onun əksəriyyət tərəfindən təşrii həyatda qəbul olunmayıb, ona tebeçilik edilməməsi,ya incəliklərinin agılla düzgün dərk olunmaması , ya da ki onun qanunlarının insanin nəfsani istək və şəhvani meyillərinə zidd olmasına görədir.Çünki dinin şərii qanunları vicdanla təsdiq olunsada bəzən şəhvani meyillərlə uygun gəlmir.Bu cəhətinə görə insanlar onun dəyərlərinə tabe olmurlar, bunu fürsət bilən bəzi maddəçi mütəfəkkirlər  də onu yanlış izah etməyə çalışır və bununla onun yetərsiz və faydasız oldugunu cəmiyyətə qəbul etdirib ,onları dini həyatdan uzaqlaşdırmaga səy edirlər.
Lakin, Allah müqəddəs kitabinda dinin cəbri və təkvini yönünü kainatda oxumaga dəvət edir,ondan düzgün nümunə əldə edib yanlışlıqlara uymamaga çagırır.O, insanın iradə və ixtiyarından asılı olmayan təkvin aləminin və onun ümumi bir nizamının oldugunu bəyan edir.Onu möhkəm və mükəmməl bir din adlandırır, onda son dərəcə kamil bir təslimiyyət və itaətin mövcud oldugunu qeyd  edir.Bununla insana ayıltmaga çalışıb deyir ki,sənin müşahidə etdiyin və edə bilmədiyin bu böyük kainatda hər şey eyni nizama tabe olub mənə itaət etməkdədir.Bu mənim onlar üçün müəyyən etdiyim təkvini bir dindir. Ey mənim bəndəm! Sən də kainatımın bir parçasısan, cəbri olaraq sən də bu təqdir etdiyim dinin qanunauygunluqlarına tabesən.Lakin sənin üçün başqa bir təqdir etdiyim din də vardır.Bu sənin öz iradənlə tabe olub yaşayacagın din olacaq. Həmin dini yaşamaqda da sən kainatdakı təslimiyyətə baxmalı ,Allahın təkvini dininin nə qədər qüsursuz və ali oldugunu,bu dinə olan itaətdən kainatda necə bir hüzur və rəhmət meydana gəldiyini görməlisən.Sonra bu təslimiyyəti öz ixtiyari həyatına tətbiq etməli,təkvini həyatda olan huzur və rəhmətin eynini insanı həyatında yaratmalısan.    Bunu anlamaq üçün aşagıdakı ecazkar ayəni diqqətlə izləmyimizlazimdır:                                                                                                    
                                                                                                                افغیر دین اللله یبغون و له اسلم من فی السموات والارض
“Allahın dinindən qeyrisinimi arayırlar,halbuki, göylərdə və yerdə nə varsa hamısı ona təslimiyyət içərisindədir.”
Gördüyümüz kimi bu ayə, təslimiyyətin həqiqi çöhrəsinin kainatdakı qanunlarda oldugunu anlatmaga çalışır və təşrii həyatda xoşbəxtlik və səadətin qurulmasını buna uygun bir həyat nizamı quruldugu zaman baş berəcəyini bildirir. Allah bəşərin itaəti sayəsində qazandıgı bu təslimiyyəti din adlandırır.Bu din hər yönü ilə haqqı ehtiva edən tövsiyyə edən islam dinidir.Adəmdən sonuncu pegəmbər həzrəti Muhəmmədə qədər gələn bütün peygəmbıərlər yalniz bu dinə dogur insanları yönəltməyə çalışmışlar.Deməli butun peygəmbərlərin vəzifələndirilərək  göndərilb  bəyan etdikləri şəriətlər, gətirdikləri qanunlar əvvədən dəyişməz olan bu islam dinin qanunlarıdır.Bunu aşagıdakı ayə bəyan edir;                                                                                                          
                                                                                                 ان الدین عند اللله الاسلام

“Allah yanında din yalnız islamdır.

пятница, 19 декабря 2014 г.

DÜNYA SƏADƏTİ NƏDİR.

Dünya və Axirət səadəti hansı meyarlarla ölçülür.?
Səadət, bir insanın saglam, rahat, zövqverici və nemətlərlə dolu bir yaşayışa sahib olması kimi anlaşıldıgı üçün, onu bu cəhətdən iki qismə bölmək olar:zahiri və batini səadət.Zahiri səadət insanın bədəninin rahatlıgını təmin edən şeylərlə hasil olur. Batini səadət isə, insanın ruhunun və qəlbinin aramlıgıni yaradan şeyləri əldə etməklə hasil olur. Bu mövqeydən çıxış etsək, hətta dünya səadətinin əldə olunması üçün belə, batini səadətin şərtlərinin hasil olması lazımdır. Lakin insanların əksəriyyəti ruhi və qəlbi aramlıga ehtiyac duymadıqlarına görə, onlar üçün dünya səadətinin təmin olunması yalniz bədənin ehtiyaclarını qarşılayan zahiri nemətlərə yiyələnməklə tamamlanır. Belə insanlar yalnız bu nemətlər içində olub, ləzzət və zövq aldıqları zaman özlərini xoşbəxt hesab edirlər. Lakin belə düşünən insanlar tamamilə yanılırlar. Çünki, yalniz onların düşündüyü dunya səadəti insan üçün kifayət deyildir. İndi isə bu yetərsizliyin səbəblərini izah edək:
Dünyada zahirin səadət bir necə nemətin hasil olması ilə yaranır.Birincisi, bədən saglamlıgıdır. Bu insanın özünü xoşbəxt hiss etməsi üçün ən mühüm amildir.İkincisi zahiri gözəllikdir. hər bir insan gözəl olmasını, insanlar tərəfindən gözəlliyinə görə mədh olunmasını xoşlayır və bunu xoşbəxtliyinin əsas göstəricisi hesab edir. Üçüncüsü,onun məskən,qida,geyim,gəzinti, cinsi ləzzət , istirahət kimi ehtiyaclarını saglamaq üçün yaxşı sərvətə sahib olmasıdır. Bu amil dünya sədatinin təmin olunmasının ən vacib şərtidir. Çünki insanın bitib-tükənməyən arzu və istəklərinin yerinə yetirilməsi, kifayət qədər çox sərvət və malın olmasına baglıdər. Dördüncüsü isə, insanın cəmiyyətdə hörmət şöhrətinin artmasıdır ki, bu da elm,sənət, iş, karyera, qabiliyyət, əsil-nəcabət kimi şeyləri ələdə etməklə olur. İnsan nəfsini sevən varlıq oldugu üçün, cəmiyyətdə tanınıb şöhrət əldə etməyi özü üçün xoşbəxtlik amillərindən sayır. Bu sadaladıgız şeylər, hamısı zahiri səadətin hasil olması olub ,mənəvi səadətlə heç bir əlaqəsi yoxdur. Yəni bunlara yiyələnən insan dünyada özünü zahirən xoşbəxt görə bilər,amma heç vaxt dünyada ikən mənəvi səadətin nə oldugunu anlaya bilməz. Lakin qeyd etmək lazımdır ki, hətta dünya xoşbəxliyini insanın zehnində formalaşdıran bu zahiri nemətlərə yiyələnmək belə, insana dünya həyatında kamil və nöqsansız səadəti bəxş edə bilmir. Bunun xülasə olaraq uç səbəbi vardır: birincisi, axirət səadətindən fərqli olaraq dünya səadətini təmin edən nemətlər nə qədər insan üçün sevimli olsa da əbədi deyildir.Dünyada elə bir nemət yoxdur ki, insanın əlindən bir gün çıxmamış olsun. İnsanın həyatı müvəqqəti oldugu üçün onun qazandıgı nemətlərin gətirdiyi xoşbəxtlik də müvəqqəti olacaq. Bunu insan agılı ilə dərk etdiyi üçün nemətlərin faniliyi onun üçün qüssə,əzab və kədərə çevrilir.Ona görə də dünyada heç bir insan nöqsansız xoşbəxtliyə yetişə bilmir.İkincisi, xoşbəxliyinin açarı olan dünyanın nemət və ləzzətlər heç də insanın arzu etdiyi keyfiyyətdə olmur.Bunu bədənin ehtiyacını aradan aparan hər hansı ləzzəti daddıqdan sonra anlayırıq.Elə bil dünya neməti tapılmaz ki, onu görməyimiz onun haqqında eşitdiyimizdən üstün olsun.
Üçüncüsü dünya zövqləri və ləzzətləri şirin olduguna baxmayaraq,əldə olunması çətin və əzablıdır.Heç bir nemət rahatlıqla əldə olunmur və zövq verən hər bir neməti əziyyət verən başqa bir nəticəsi də olur.Ona görə dünyada xoşbəxtlik hesab olunan hər bir rahatliq,əziyyətlə, ləzzət isə acılıqla qarışmışdır və özünü xoşbəxt bilən insanlar bəzən,qəm və qüssəyə qapılır,əziyyət çəkir,dərdə bəlaya düçar olur.Belə oldugu halda dünyada səadətə yetişən birinin olmasına inanmaq olarmı?
və yaxud, bu fani dünyada mən xoşbəxtəm deyə bilən biri varmı?
KİM BU XOŞBEXTLİYİ QAZANDIGINI İDDİA EDE BİLER?

четверг, 18 декабря 2014 г.

Səadət və bədbəxtlik insanın öz əlindədir.

Səadət və bədbəxtlik insanın öz əlindədir.
Allah təbarəku və təala Qurani-kərimdə insanları əldə edəcəkləri sonluq nöqteyi-nəzərindən iki qismə ayrıldıqlarını bildirmişdir; xoşbəxt və bədbəxt insanlar. Xoşbəxtliyi əldə etmək və bədbəxtlikdən uzaq olmaq insanın fitri meyillərindən oldugu üçün bütün insanlar heyatlarında əslində buna nail olmaga çalışırlar.Lakin insanların ciddiyyətlə buna dogru səy etmələrinə baxmayaraq onların əksəriyyəti dünya həyatında ona nail ola bilmirlər.Bəzi insanlar bunu heyatda olduqları zaman dərk edə bilir və həyatı üçün dönüş yaradaraq səadət hesab etdiyi aldadıcı nəaliyyətlərindən əl çəkib, əsl, həqiqi və daimi olan səadətə dogru yönəlir.Təbiidir ki,
bu dönüşün özü də asan bir şey olmayıb, insanın müəyyən qənaətlərə qəti şəkildə gəlməsindən sonra baş verir və nəticədə O, son dərəcə istiqamətli bir yol tutub, səadətli br sonluga çatdır. Bəzi insanlar isə xoşbəxlik açarı hesab etdiyi nəaliyyətlərin o qədər təsiri altinda qalırlar ki, heç vaxt bəsirət əldə edib, bunların aldadıcı oldugunu gorə bilmirlər. Onlar dünya həyatlarının sonuna qədər əbədi səadətlə nəticələnəcək qənaətləri ( yəni qəti dəlilləri) öz içlərində hasil edə bilmirlər və dünya və axirət bədbəxtçiliyinə özlərini məruz qoyurlar.Ona görə də aldadıcı nəaliyyətlərin ardıyca gedənlər zahiri və dünyəvi zövqlərin verdiyi məcazi xoşbəxtliyi qurtuluş bilib ondan bərk-bərk yapışırlar, aldadıcı nəaliyyətlərin kifayət olmayacagını dərk edənlər isə,bununla razılaşmayıb, həqiqi səadət üçün qənaətbəxş olan nəaliyyətləri əldə etmək üçün səy edirlər və sonunda əbədi xoşbəxtliyi qazanırlar. İndi, həyatda hər bir insana keçici səadət olan dünya zövqləri ilə real və daimi səadətə səbəb olan mənəvi zövqləri ayıra bilən qəti qənatlərin nələr olmasını ayırd edə bilmək düşür... Bunun üçün birinin yalan, digərinin dogru oldugunu bizə sübut edən dəlillər lazımdır.Hər bir insan bu dəlilləri öz içində tapa bilmə bacarıgı ilə xəlq olunmuşdur.Allah heç bir insanı anlaya bilməyəcəyi bir məsuliyyətlə yükləməz....